Bakıda nizamlanmayan piyada keçidlərinin birində yol nişanın düşməsi ilə bağlı redaksiyamıza məlumat göndərilib. Avtosfer.az xəbər verir ki, paytaxtın A.M.Şərifzadə küçəsində (Respublika Klinik Xəstəxanasının qarşısında) yerləşən nizamlanmayan piyada keçidindəki 5.16.2 yol nişanı artıq neçə gündür yoxdur. Redaksiyamıza məlumat verən oxucu bildirir ki, nişan neçə gündür səkidədir, lakin onu zolağın qarşısındakı dirəyə bağlayan yoxdur.