Ekspert: “İşıqlar sönəndə yaxşı ki, BNA və DYP dərhal müdaxilə etdi”
Əsas elektrik xəttindən əlavə köməkçi bir xətt və ya cihazlar olmalıdır

Dünən Bakıda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bəzi yollarda işıqforların fəaliyyətində fasilə yarandı. Fasilə yaranan zaman Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) əməkdaşları dərhal müdaxilə edərək sürücülərə yolayrıcını keçməkdə köməklik göstəriblər.  Yol-xeber.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən hadisə ilə bağlı Qaynarinfo-ya münasibət bildirərkən DYP və BNA işçilərinə operativ müdaxiləyə görə təşəkkürünü ünvanlayıb:

"Belə hallar sürücülər və piyadalar üçün bir az çətinlik yaradır. Əslində belə bir çətinlik yaratmamalıdır. Çünki yol hərəkəti iştirakçıları işıqfor işləyib-işləmədikdə nə kimi addım atmalı olduqlarını bilməlidirlər. Hər bir yol hərəkəti iştirakçısı işıqforla nizamlanan yollarda necə hərəkət edildiyini, işıqfor işləmədikdə sürücünün nə etməli olduğunu, hansı tərəfin digərinə yol verməli olduğunu bilməlidir. Amma təəssüf ki, bizdə bəzi sürüclərin bu məsələdən tam anlayışı olmadığına görə, işıqforlar işləməyəndə dərhal yollarda xaotik vəziyyət yaranır. Yaxşı ki, BNA, eləcə də Dövlət Yol Polisi (DYP) dərhal məsələyə müdaxilə elədi. Bununla bağlı yayılan videogörüntülərdən də gördük ki, onlar elə əliyalın da olsa, yolayrıclarında xidmət apardılar, insanlara yol göstərdilər, sürücülərin əziyyət çəkməməsi üçün əllərindən gələni etdilər. Bu, yaxşı bir haldır. Eyni zamanda yol polisinin də bu istiqamətdə fəaliyyətini qeyd etmək lazımdır. Bu qurumların birgə işləməsi çox gözəldir. Belə olduqda çox yaxşı nəticə əldə olunur. Dünən gördük ki, heç bir narazılıq olmadı, yol nəqliyyat hadisəsi baş vermədi, saatlarla tıxac yaranmadı, avtobuslar yollarda qalmadı və hər iki qurum gözəl bir nəticə ortaya qoydu. Mən hər iki qurumun əməkdaşlarına təşəkkür edirəm ki, hadisəyə dərhal reaksiya verdilər və belə bir operativlik göstərdilər”. 

"Düşünürəm ki, gələcəkdə bu işıqforların iş rejimi ilə bağlı hansısa bir baza formalaşdırılmalıdır ki, işıq sönəndə işıqforlar avtomatik həmin ehtiyat bazaya keçsin və hər hansı problem yaşanmasın. Əsas elektrik xəttindən əlavə köməkçi bir xətt və ya cihazlar olmalıdır. Çünki işıq sönməsi çox qısa müddətdə baş verir və işıq sönüb-yanarkən o qısa qapanma nəticəsində bəzi işıqforların iş rejimi pozulur. Ona görə də əlavə bir köməkçi sistem tətbiq olunsa işıqforlar heç vaxt sönməz və yolayrıclarında da problemlər yaşanmaz”, - deyə E.Muradlı əlavə edib.

27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət

Xəbər lenti