AzTV-nin əməkdaşları arasında daha bir neçə nəfər koronavirusa yoluxub. Şirkətdə televiziyanın bəzi departamentlərinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var. Məlumata görə, hətta Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının prorektoru da virusa yoluxanlar arasındadır.
Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb, şirkət dezinfeksiya olunub.