Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş

İki həftəlik sərt karantin rejimi koronavirusa yoluxanların sayının azalması və xəstəxanaların yükünün normaya düşməsi baxımından vacibdir.

"Azvision.az" xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, gündəlik yoluxma göstəricilərində artım tempi müşahidə edilir: “Sərt karantinlə insanlar arasında yoluxmanın sayının azalmasına nail olmaq istəyirik. Məqsəd budur. Sərt karantin rejimində yoluxanların sayının nə qədər olması iki həftəyə bilinəcək. Nəticə insanların özündən asılıdır. Vətəndaşlarımız tövsiyələrə əməl edərlərsə, maska taxarlarsa, istədiyimiz nəticəni əldə edə bilərik”.

C.İsayev bildirib ki, xəstəxanalar kifayət qədər koronaviruslu xəstələrlə dolub: “Bunun öhdəsindən hələlik gəlinir. Lakin vəziyyət bundan ağır olarsa, o zaman işimiz çətinləşəcək. İnsanlar arasında ictimai qınaq olmalıdır. Bu olarsa, maskadan istifadə edənlərin sayı artır. Lakin hazırda ictimai qınaq, demək olar ki, yoxdur. İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir”.

Baş infeksionist qeyd edib ki, sərt karantin rejiminin tətbiq edilməsinin məqsədi insanlar arasında təmasın olmaması və infeksiyanın yayılmasının qarşısının alınmasıdır: “Yenə deyirəm ki, buna nə qədər əməl edilməsi insanlardan asılıdır. Dövlət lazım olan bütün işləri görür. Lakin təəssüf ki, bir çox insanlar buna əməl etmir. Onlar qaydalara əməl etmirsə, dövlət nə etsin?

Dövlət kifayət qədər tədbirlər görür, vəsait ayırır. Həkimlərimiz gecə-gündüz xəstələrin sağlamlığının keşiyində durur, yorulmadan, hətta yorğun olsalar belə işləyirlər. Yoluxma hallarının artmasına rəğmən qaydalara əməl etməyən insanlar var, xüsusən gənclər çoxluq təşkil edir. Hamı bunu görür, lakin qınaq yoxdur. Vətəndaşlarımızdan çox şey asılıdır”.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti