“Tək günlərdə dərslərə 1, 3, 5, 7, 9, 11-ci sinif, cüt günlərdə isə 2, 4, 6, 8, 10-cu sinif şagirdləri gəlməlidirlər” - ÇIXIŞ YOLU
Pandemiyanın sürətlə yayılması problemi hələ gündəmdə olsa da, artıq dünyanın əksər ölkələrində yeni tədris ilinə hazırlıq gedir. Qardaş Türkiyə avqustun 31-də dərslərə başlanacağını açıqlayıb. Bir çox ölkələrdə distant təhsil proqramları hazırlanıb. Azərbaycanda isə hələ ki bu sahədə bir hərəkətlilik yoxdur. Valideynlər də məktəb yaşlı uşaqların dərs hazırlığı ilə bağlı qeyri-müəyyənlik içindədir. Distant təhsilin tətbiqi ilə bağlı müzakirələr getsə də, qanunvericilik bazası və maddi-texniki baza mövcud olmadığından qısa müddətdə həyata keçirilməsi real görünmür.

Bəs görəsən, Azərbaycanda yeni dərs ili hansı formatda başlayacaq? Valideynlər virusa yoluxma baxımından narahat olarsa, hansı hallarda övladlarını məktəbə göndərməkdən imtina edə bilərlər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycan bu məsələdə gecikir: “Dünyanın bir çox ölkələri yeni tədris ilinin başlanması ilə bağlı qərar qəbul edib. Koronavirusun ikinci, üçüncü dalğası daim gündəmdə olsa da, artıq dünya ölkələri mövcud pandemiya şəraitində yaşamağın və qorunmağın qaydalarını müəyyənləşdiriblər. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə ötən aylar ərzində heç bir plan yoxdur. Bu da kifayət qədər çox sayda insanı öz ətrafında birləşdirən təhsil cameəsi barədə narahatlıq yaradır. Bu gün valideynlər çox narahatdırlar. Təkcə 1-ci sinfə gedəcək 165 min uşağın valideyni narahatdır ki, onların övladlarının tədris ili necə olacaq”.

Ekspertin sözlərinə görə, digər siniflərdə və ya kurslarda təhsil alanları müəyyən qədər məsafədən distant təhsilə cəlb etmək mümkün olsa da, ibtidai siniflərə, ilk dəfə birinci sinfə gedəcək uşaqlara bunun tətbiq edilməsi mümkün deyil: “Çünki məsafədən təhsilin həyata keçirilməsi üçün ən azından uşaqlarda vərdişlər, bacarıqlar olmalıdır. Yazma və oxuma qabiliyyəti olmalıdır. Birinci sinfə başlayacaq uşaqların yazıb-oxuması mümkün olmayacağına görə ciddi problemlər qaçılmazdır. Orta ümumtəhsil məktəbləri və ali məktəblər yeni tədris ilində dərsə başlamalıdır. Mən gözləyirəm ki, sentyabr ayında Azərbaycanda dərslər başlanacaq. Bu artıq realdır. Çünki ölkə başçısı tərəfindən çoxlu sayda modul tipli xəstəxanalar tikilib, yoluxma sayından asılı olmayaraq xəstələrin nəzarətə götürülməsi mümkündür. İkincisi ona görə dərslər başlanacaq ki, baş nazir tərəfindən orta ümumtəhsil məktəblərində sinifdə şagird sayı ilə bağlı qərar qəbul edilib. Yeni tədris ilindən başlayaraq, biz siniflərdə şagird sayının çox olmasını müşahidə etməyəcəyik. Əvvəllər 35-40 nəfər şagird bir auditoriyada olurdusa, yeni tədris ilində bunlar olmayacaq. Ona görə məndə sentyabr ayında dərslərin başlanacağı ilə bağlı müsbət fikir var”.

K.Əsədov onu da vurğuladı ki, Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan şagirdlər üçün kitab çapının sifarişinə başlayıb: “Yeni dərs ili üçün dərsliklər çap olunmağa başlayıb. Müsbət tərəfi ondan ibarətdir ki, şagirdlərin istifadəsinə verilən dərsliklər 4-5 illik yox, 1 illik olacaq. Yəni hər hansı yoluxma hadisəsi olarsa, o birindən başqasına keçməyəcək. Onlayn tədrisi də tam ləğv etmək olmaz. Dərs ili yeni qaydada başlamalıdır. Belə ki, orta ümumtəhsil məktəblərində 1, 3, 5- ci günlər və 2, 4, 6-cı günlərdə dərslər olmalıdır. Tək günlərdə olan dərslərə 1, 3, 5, 7, 9, 11- ci sinif şagirdləri, cüt günlərdə olan dərslərə isə 2, 4, 6, 8, 10- cu sinif şagirdləri gəlməlidirlər. Çünki növbəti ildə şagirdlərin sinifdə sayı əvvəlki illərdəki kimi olmayacaq. Bu səbəbdən əlavə siniflərə ehtiyac var. Yəni bir gün dərslər normal siniflərdə keçirilməlidir, ikinci gündə isə onlayn qaydada keçirilməlidir. Birincidə dərslər izah edilib, keçilməli, ikinci gün onlayn qaydada yoxlanmalıdır. Buna görə də 2014-cü ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə dərsliklər uşaqlara pulsuz olaraq verilir, planşetlər də eyni qaydada paylanmalıdır ki, onlar dərslərə qoşulub onlayn resurslardan istifadə edə bilsinlər”.

Ekspert hesab edir ki, orta məktəblərdə epidemioloji-gigiyenik qaydalara riayət etməklə dərslərin başlamasına ehtiyac var: “Biz bu gün bu zərurəti görürük. Maskalardan istifadə olunmaqla, məsafə saxlamaqla dərslər başlamalıdır. İnsanlar artıq kifayət qədər qaydalara riayət edirlər. Mart-aprel aylarında olduğu kimi artıq kor-koranə şəkildə deyil, daha bilgili şəkildə qaydalara riayət etməklə, həm qoruyucu maskalardan istifadə edir, həm də ara məsafəni gözləyirlər. Ona görə Azərbaycanda da sentyabr ayında dərslərin başlaması mümkündür. Dərslərin həm ənənəvi formada, həm də onlayn qaydada keçirilməsi üçün mütləq şəkildə qanunvericilik bazası hazırlanmalıdır. Milli Məclis 5 aydan çoxdur ki, fəaliyyət göstərir, ancaq distant təhsil haqqında qanun layihəsi hazırlanmayıb, qanunvericilik bazası formalaşmayıb. Vaxt çox az qalıb, müəllimlərin dərs bölgüsü məsələsi var, bunlar həyata keçirilməlidir. Düşünürəm ki, sentyabrda Azərbaycanda tədrisin hansı formada başlaması ilə bağlı qərarlar qəbul edilməlidir”.
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti