“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.

 

Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 km-lik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək.

 

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

 

Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Bu yeni yolun 0-30, 30-53.5, 53.5-73.5, 73.5-92 və 92-150-ci km-lik hissələrini əhatə edir. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) hissəsi üzrə yekunlaşır. 5-ci (Gəndob-Samur) hissə üzrə isə işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin 2-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

 

Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi aşınma layına qədər tikilib.

 

Yeni layihələndirilən yolun I hissəsi üzrə (0-30 km) hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 2 layı tikilib. Belə ki, 29 sm hündürlükdə olacaq asfalt-beton örtüyünün aşınma layının tikintisi qalıb ki, bu çərçivədə işlər yaxın müddət ərzində icra olunacaq. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.

 

Yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan 1-i avtonəqliyyat vasitələrinin sürətli, 2-i adi qaydada keçidi təmin edəcək. 1 keçid isə ehtiyyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə olunacaq.

 

Bundan başqa yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsi ilə daxil olmaq mümkün olacaq. Bu Giləzi y/məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə 2 nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

 

Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

 

Layihənin II (30-53.5 km), III (53.5-73.5 km) və IV (73.5-92 km) hissələri üzrə isə hazırda torpaq işləri görülür, V hissədə (92-150 km) isə tikinti artıq sonuncu mərhələ üzrə həyata keçirilir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu 58 km-dir.

 

Ümumilikdə yeni inşa edilən 150 km-lik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 dairəvi müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir. Magistral üzrə hesabi yük A-15, NK-100-dür. 

 

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

 

Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi nəzərdə tutulur.

 

Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

 
 
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti