Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da lakin gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır. Yoluxmanın sayı azalmasa bazar günündən iyulun 20-nə kimi 1 həftəlik komendant saatı tədbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsini gözləyirdik: “Çox təəssüf ki, yenə də yoluxanların sayı 500-dən çoxdur. Xatırladım ki, sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında az da olsa azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir. Mən düşünürəm ki, sərt karantin rejimi tədbiq edilməsəydi daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir. Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirlə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil. Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riyaət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejimin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək”.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti