“Doğurdan da təhlükəli vəziyyət idi və biz bu çətin anları yaşadıq. Azərbaycanda biz o uçuruma yaxın idik. O uçurumu görüb, geri döndük. Məhz təkrar sərtləşdirilmiş karantin rejimini tətbiq etməklə biz bu uçurumdan geri dönə bildik”.
Bu fikirləri Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov AzTv-yə müsahibəsində deyib.

“Siz təsəvvür edin, ikinci karantin rejiminin tətbiq edildiyi ərəfələrdə xəstəxanlarda barmaqla sayılacaq qədər yerlərimiz var idi”, - deyə Prezidentin köməkçisi bildirib.

Onun sözlərinə görə, ən böyük problem çox sayda insanın virusa yoluxması nəticəsində onların xəstəxanaya yerləşdirilməsidir.

“Bu gün dünyada elə bir ölkə yoxdur ki, onun səhiyyə sistemi bütün virusa yoluxanların hamısını xəstəxanalara yerləşdirməyə müvəffəq olsun. Heç bir dünya ölkələrinin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Biz bunu görürük və prosesi izləyirik”,-Ş. Mövsümov qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, bütün dünyada karantin rejimini tətbiq etməyən ölkə yoxdur. Bir çox ölkələrdə ikinci dəfə karantin rejimi tətbiq edildi. Azərbaycan da həmin ölkələrdən biridir.
“Sizinlə bu proses zamanı gördüklərim barədə fikrimi bölüşmək istəyirəm. Təsəvvür edin virusa yoluxan insanların, hamısını xəstəxanaya yerləşdirmək qeyri-mümkündür. Çünki, bütün xəstələr üçün yer yoxdur. Belə halda ya xəstələr hansısa rayon xəstəxanasına yerləşdirilməlidir, ya da olan palatalarda əlavə çarpayı qoyulmalıdır. Bu çox təhlükəli vəziyyətdir. Pandemiya zamanı biz o uçuruma çox yaxın idik. İkinci karantin rejiminin tətbiq edildiyi ərəfələrdə xəstəxanlarda barmaqla sayılacaq qədər yerlərimiz qalmışdı. Cənab Prezidentin tapşırıqları ilə çox qısa müddətdə modul tipli xəstəxanalar tiklib istifadəyə verilməsiydi, Azərbaycan çıxılmaz vəziyyətlə üz-üzə qalardı. Vaxtında atılmış addımlar və görülən işlər bizi uçurumun kənarından geriyə dönməyə imkan verdi”.

Azərbaycanda ikinci dəfə sərt karantin rejiminin tətbiq edildiyi ərəfə və karantin dövründə virusa yoluxanlar haqqında məlumat verən Ş.Mövsümov bildirib ki, virusa yoluxma halının sürətlə artdığını nəzərə alaraq məcburiyyət qarşısınd ikinci dəfə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə qərar verilib:

“Bir müddət virusa yoluxma sürətlə artdı və görülən işlər nəticəsində sonra stabilləşməyə başladı. Sevindirici haldır ki, iyulun 16-dan etibarən ilk dəfə olaraq virusa yoluxanlaırn sayı 500-dən aşağı düşüb. Bu isə o deməkdir ki, karantin rejimi öz bəhrəsini verməyə başalyıb. Burada əsas məsələ yoluxanların sayı ilə bağlıdır. Çünki yoluxma halı bizdən asılı olan məsələdir. Tövsiyyələrə əməl etmək virusa yoluxma risqini azaldır. Sərtləşdirilmiş karantin rejimində tövsiyyələrə əməl edildiyi üçün müsbət nəticələr əldə etməyə başlamışıq. Buna görə xalqımıza təşəkkür etmək istəyirəm.

Buna baxmayaraq hələ də yoluxma məsələsində pik göstəricilərdəyik. Azalma yalnız iyulun 16-dan qeydə alınmağa başlanılıb. Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah da vəziyyəti müzakirə edərək, karantin rejiminin uzadılmasının qaçılmaz olduğu barədə müəyyən qərarlar qəbul edib. Biz daha iki həftə sərtləşdiirlmiş karantin rejimini uzatmaq məcburiyyətindəyik”.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti