Toyunda vağzalı əvəzinə “Əsgər marşı” səsləndirən şəhid mayorumuzun evindən
Bəli, biz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq əzmini itirməyib. Qəhrəmanlıq an məsələsi deyil. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf deyilən heç nə yoxdur. O da təsadüfən seçməmişdi bu peşəni. Çətinliklərindən də, sonundan da xəbərdar idi əslində 44 yaşlı Anar Novruzov..

Baku TV şəhidin ailəsini ziyarət edib, onların xatirələri ilə tanış olub.

Ömür gün yoldaşını itirmək Nailə Novruzova üçün nə qədər çətin olsa da, torpaq, vətən uğrunda  qazandığı şəhidlik məqamı ona təsəlli, güc-qüvvət verir.  Anar Novruzovun toyunda vağzalı əvəzinə  “Əsgər marşı”nın sədaları ilə mağara daxil olması da vətən, torpaq sevgisindən doğurdu.

Anar evə-eşiyə sığmazdı. O, cəbhənin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi xidmət edirdi. Söhbət vətəninin, torpağının bir zərrəsindən gedən zaman gözünə nə ona möhtac iki övladı göründü, nə 20 ildən çoxdur ona həsrət qalmış doğmaları.

İndi artıq övladlarının yanına birdəfəlik dönüb mayor Novruzov.

Aprel qəhrəmanları, İyul qəhrəmanları, Yanvar qəhrəmanları.... Aylar, illər dəyişir, ancaq nə qəhrəman xalq, nə də namərd millət dəyişmir.

Ana övladını, oğul atasını, qadın həyat yoldaşını, ata dayağını itirən zaman insanın qəlbinə çökən ağrını, iztirabı göz yaşı ovundurur. Ancaq qürurla, fəxrlə şəhid olan övlad üçün axır bu göz yaşları. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və iki övladı yadigar qaldı bizə.

03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti