Yumşaldılmaların nəticəsindən və regionlardakı prosesdən asılı olaraq növbəti qərarlar qəbul olunacaq.

Bunu Axar.az-a baş infeksionist Cəlal İsayev Baş nazir Əli Əsədovun Prezident İlham Əliyevlə keçirilən müşavirədə yaxın zamanlarda bir sıra yumşalma proseslərinə hazırlıq görülməsi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, vətəndaşların karantin qaydalarına və tövsiyələrə əməl etməsi önəmlidir:

“Artıq gündəlik statistika göstərir ki, ölkədə virusa yoluxma halları azalır. Əgər bu azalmalar davam edərsə, müəyyən stabillik əldə olunarsa, təbii ki, yumşaldılmalara gedilməlidir. Tövsiyələrə əməl etmək yoluxma sayının aşağı düşməsinə səbəb olacaq. Bundan sonra yumşaldılmalara nail ola biləcəyik. Bu yumşaldılmalar təkcə vətəndaşlar üçün deyil, dövlət üçün də əhəmiyyətlidir. Hesab edirəm ki, ilk növbədə insanların işlə bağlı məhdudiyyətlər yumşaldılacaq, o cümlədən də iri ticarət mərkəzlərinin açılmasına zəmin yaradılacaq”.

C.İsayev qeyd edib ki, müəyyən prosedurlara əməl olunmaqla, digər sahələrdə də yumşalma ola bilər:

“Hesab edirəm, növbəti yumşaldılma qərarlarında kafe və restoranların fəaliyyəti nəzərə alınacaq”.

05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti