Yol polisi əldə düzəldilmə qoşquları niyə qeydiyyata almır? - Şikayət və rəsmi AÇILQMA   - FOTO

Səfər İsmayılov adlı vətəndaş avtomobili üçün özünün hazırladığı qoşquya sənəd ala bilmir. Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, müxtəlif yükləri daşımaq üçün qoşqu hazırlayın. “Normativləri bizdə bilən olmadığından Rusiyanın qanunlarına uyğun yığdım. İşıqlar təkrarlanmalı, 90 dərəcə dönməli, maşına düşən yük 35-75 kq arası olmalı və sair. Hamısı qaydalara uyğundur. Dövlət Yol Polisi İdarəsinə bu qoşquya sənəd verilməsi üçün müraciət etdim. Bildirdilər ki, biz belə şey görməmişik deyə sənəd verə bilmərik. Qanunda yazıldığına görə bizdə "Avtomobilçi"qurumu olmalıdır. Həmin qurum qoşqunu sınaqdan keçirib ban nömrəsi verməlidir. Ama o qurumu da tanıyan olmadı. Bildiyim qədər qanunda açıq aydın yazılıb ki,  "fərdi şəkildə hazırlanmış nəqliyyat vasitəsi və qoşqularının qeydiyyata alınması" mövcuddur. Amma bu cür çətinliklə üzləşmişəm.”

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, qoşqu mütləq dövlət qeydiyyatına alınmalı, ona nömrə və qeydiyyat şəhadətnaməsi verilməlidir.”Nazirlər Kabinetinin 39 saylı qərarı və Daxili İşlər Nazirliyinin təsdiq etdiyi təlimat var. Həmin təlimatda fərdi qaydada yığılmış nəqliyyat vasitələrinin qeydiyyatı mümkündür. Qoşqu da nəqliyyat vasitəsidir, yəni qoşqunun da fərdi qaydada yığılması və qeydiyyatı mümkündür. Sadəcə olaraq hansı standartlara uyğun olmasını təqdim etmək lazımdır. Texniki yoxlamadan keçməli, hər şey qaydasındadırsa qeydiyyat şəhadətnaməsi və nömrə verilməlidir. Əgər, imtina olunarsa, onda inzibati məhkəmədə mübahisələndirmək olar.”

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 39 nömrəli 15.03.1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.12.maddəsinin tələblərinə əsasən istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

"Bu səbəbdən fotodan da göründüyü kimi bu qoşqu müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən yığılmış nəqliyyat vasitəsi olduğu üçün qeydiyyata alına bilməz."

05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti