Redaksiyamıza koronavirus testlərinin götürülməsi ilə bağlı müraciət daxil olub. Oxucumuz bildirir ki, COVID-19 testi vermək üçün təcili tibbi yardıma zəng edib:

“Mənə deyildi ki, testin götürülməsi səlahiyyəti təcili tibbi yardım xidmətindən alınıb. Bunun üçün mənsub olduğumuz ərazi üzrə poliklinikaya zəng etmək lazımdır, onlar gəlib test götürəcəklər.

Bunu da onunla əsaslandırdılar ki, təcili yardım xidməti çağırışlara getməyi çatdıra bilmədiyinə görə belə qərar verilib”.

Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlayıb.

Müsahibimizin sözlərinə görə, Bakı şəhəri üzrə 87 ərazi poliklinikası fəaliyyət göstərir:

“Onların tərkibində 39 məntəqə yaradılıb. Məqsəd odur ki, vətəndaşlarda koronavirusa yoluxmanı aşkar etmək üçün testlər götürülsün. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həddən artıq yük altında işləyirdi. Onların işi, adından da göründüyü kimi, təcili yardım xidmətidir, profilaktik işin görülməsi deyil.

Əgər vətəndaş vəfat edibsə, ölüm səbəbindən asılı olmayaraq, bizim qurumun əməkdaşları müayinə materialı götürür, eyni zamanda, onun yaxınlarının siyahısı tərtib olunur. Həmin siyahı ərazi poliklinikasına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Nəticədə, ölən şəxsin müayinəsinin cavabı müsbət gələrsə, ətrafında olan insanların COVID-19-a yoluxub-yoluxmaması müəyyənləşdirilir.

Vətəndaş yüksək temperaturla (38 dərəcədən yuxarı) müraciət edərsə və onun yanaşı ağır xəstəliyi varsa, bizim xidmətin əməkdaşları ünvana gedir və analiz götürülür. Həyati göstərişi varsa, koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilir və ətrafında olan şəxslərdən analiz götürülür”.

Həkim qeyd edib ki, poliklinikada müayinə işləri aparılmalıdır:

“Şəxsin COVID-19 testi müsbətdirsə, o, xəstəxanaya getməlidir. Evdə qaldığı təqdirdə, təcrid haqqında iltizamnamə alınır və yenə də əlaqədə olduğu insanlardan yaxma götürülür. Yüngül yoluxma varsa, səhhətində şübhəli əlamətlər – dad, qoxubilmə hissinin itirilməsi, 38 dəcərəyə kimi temperatur müşahidə olunursa, poliklinika həmin şəxsdən müayinə materialı götürə bilər.

Vətəndaşlar bu qənaətdədirlər ki, Bakı şəhərində ancaq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası mövcuddur. Poliklinika sistemi onların yadından çıxıb. Ağırlaşma olubsa, bu zaman təcili tibbi yardım köməyə gəlməlidir.

Onda poliklinika nəyə lazımdır? Axı, xəstəliyin erkən dövrdə aşkarlanması, profilaktika işi, təcridolunma və müayinənin təşkili onların funksiyasına daxildir”.

05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti