Rayonlara gediş-gəliş açılırmı?- Baş infeksionist danışdı

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl  rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Qərarla, həmin şəhər və rayonun ərazisində yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alan,  təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: “Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.

Epidemioloji vəziyyət isə sabitləşir.

Maraqlıdır, hazırkı şəraitdə rayonlara gediş-gəliş açıla bilərmi?

Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yoluxma hallarının az olduğu təqdirdə yumşalmaların davam etdirilməsi nəzərdə tutulur:

 

“Artıq ölkəmizdə yoluxma halı ikirəqəmliyə düşüb. Bu sayın daha da aşağı düşməsi yumşalmalara imkan yaradar. Rayonlara gediş-gəlişin açılması məsələsi ətraflı surətdə araşdırılmalıdır. Daha sonra ən əlverişli qərar qəbul olunmalıdır ki, insanlar getdikləri yerdə nəzarətə alına bilsinlər və insanların yoluxma və yoluxdurma ehtimalı az olsun. Hesab edirəm ki, bütün bunlar araşdırıldıqdan sonra insanların rayonlara gediş-gəlişinə şərait yaradılacaq”.

Baş infeksionist rayonlara gediş-gəliş açıldıqdan sonra iritutumlu avtobuslardan istifadəni məqsəduyğun saymır:

“Çünki iritutumlu avtobuslarda 30-40 və daha çox insanın rayonlara gedib-gəlməsi mümkündür. Ona görə də həmin avtobuslarda yoluxma halı daha çox ola bilər. Ancaq bir ailənin şəxsi avtomobilndən istifadə edərək gediş-gəlişində yoluxma ehtimalı daha azdır. Hesab edirəm ki, rayonlara gediş-gəliş zamanı şəxsi avtomobillərdən istifadə daha əlverişlidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə karantin məhdudiyyətlərinin Azərbaycanın 13 şəhər və rayonuna giriş-çıxışı qadağan etdiyini xatırladıb:

“Bu, ilk növbədə orada koronavirus epidemiyasının kökünün hələ də kəsilməməsi ilə bağlıdır. Məhdudiyyətlərin götürülməsi, rayonlara gediş-gəliş çox təəssüf ki, yoluxmaların sayını artıra bilər. Bu baxımdan hesab edirəm ki, uyğun şərait yaranan kimi Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin götürülməsi barədə qərar verəcək”.

Deputat bildirib ki, hazırda rayonlara gediş-gəlişlə bağlı müəyyən icazələr mövcuddur: “Əgər insanlar karantin qaydalarına riayət etsələr, indi də məhdudiyyətləri götürmək olar. Yəni, insanlar sosial məsafə gözləsələr, tibbi maskalardan istifadə etsələr, çoxlu sayda insanlar bir yerə toplaşmasalar yumşalmalara getmək olar. Çox təəssüf ki, bu qaydalara hər yerdə əməl edilmir”. ( “Report”)

05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti