Bakıda milyonlarla dəyəri olan maşınları günün altında kim çürüdür? - FOTOLAR

Banklar tərəfindən girov müqabilində alınan avtomobillər illərdir ki, istifadəsiz qalıb. Bu barədə Avtosfer.az-a dəfələrlə müraciətlər olub. Avtomobillərin kredit və ya lizinq şərtlərini ödəyə bilməyənlər məcburən maşını banka verir. Bank isə maşını sata bilmədiyi üçün günün altında "yatıb" qalır. Vətəndaşlar krediti vaxtında ödəyə bilmədikdə banklar qanuni və ya qanunsuz yolla həmin maşınları vətəndaşlardan alıb bu fotolarda gördüyünüz meydançalarda çürüdür. Hansı ki, bunları normal və daha yüngül şərtlərlə yenidən həmin vətəndaşlara vermək olar. Bir var maşın günün altında çürüyüb getsin, bir də var gec-tez pulu ödənilir və həm kiminsə maşını olur, həm də milyonlar batıb getmir. Əməkdaşımız fotoları çəkərkən məlum olub ki, maşınların əksəriyyətinin üzərində hansısa taksi şirkətinin loqosu var. Yəni, bu maşınlar taksi kimi istifadə olunub. Amma sahibi pulu ödəyə bilməyib və bank maşını ondan alıb. Kiminsə aylarla ödədiyi pulla batıb, dövlətin banklara ödədiyi kredit pulları isə göz qabağında çürüyüb gedir. Hansı ki, bundan çıxış yollar var. Hər bir halda bununla bağlı müəyyən qaydalar işlənib hazırlana bilər. 

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən ekspert Ramil Osmanlı bildirib ki, Azərbaycanda avtomobil kreditlərinin verilməsini iki mərhələyə ayırmaq olar. "Birinci mərhələ devalivasiyadan əvvəlki dövrü əhatə edir. Yəni, 2014-cü ilə qədər Mərkəzi Bankın avtokreditlərlə bağlı yeni qəbul etdiyi qərara qədər olan dövr nəzərdə tutulur. 
İkinci mərhələ isə təbii ki, avrostandadrtların qəbulu, "Avro4" standartına keçid və Mərkəzi Bankın avtokreditlərlə bağlı qəbul etdiyi yeni qaydalardır. Bu iki mərhələ arasında çox ciddi və əsaslı fərqlər var. Çünki əvvəlki dövrdə  avtomobil kreditləri demək olar ki, bütün avtomobillərə şamil olunurdu. Burada avtomobilin ili, onun texniki vəziyyəti və digər xüsusiyyətləri nəzərə alınmadan, sadəcə avtomobilin xarici görnüşü və texniki şəhadətnaməsi ilə kredit verilməsi mümkün idi. Hətta verilən kreditlərin faiz dərəcəsi bəzi hallarda girovun dəyərinin təqribən 80-90 faizinə bərabər olurdu ki, bu da kifayət qədər riskli bir addım idi. Bu risklər sonradan nəticə etibarı ilə banklarda çox böyük bir avtomobil məzarlığının yaranmasına gətirib çıxardı."

Ramil Osmanlı bildirib ki,  2014-cü ildən sonra Mərkəzi Bank  problemli kreditlərin həcminin çoxalmasında avtomobil kreditlərinin payının  həddən artıq yüksək olduğunu nəzərə alaraq avtokredtilərdə yeni qaydalar tətbiq etdi. "Köhnə avtomobillərə yalnız "Avro4"  standartlarının tələblərinə cavab vermək şərti ilə  kredit verilirdi. Əks halda bu qaydalar tətbiq edilə bilməzdi.  Köhnə - yəni istismarda olmuş avtomobillərə maksimim girov dəyərinin 20 faizi həcmində, yeni avtomobillərə isə maksimum  həmin avtomobillərin  dəyərinin 50 faizi  həcmində kreditlər verilməyə başladı. Bu sözsüz ki, bu sahədə fəaliyyət göstərən kredit təşkilatlarına yeni axtarış aparmasını, yeni bir metodika ortaya  qoymaq üçün zəmin yaratdı. Tədricən ortaya lizinq adı ilə avotmobillərin kreditləşməsi çıxdı. Burada ucuz - dəyəri təqribən 20 min manatdan aşağı olan nəqliyyat vasitələrinin,  avtomobillərin, xüsusiilə İran, Rusiya və Çin istehsalı  olan avtomobillərin kreditləşməsi prosesinə başladı. Nəticə etibarilə demək olar ki, bu proses də özünü doğrultmadı  və  son dövrlər yəni devalvasiyadan sonra bankların bağlanması nəticəsində girovda  olan, faktiki olaraq istismardan  kənarda qalmış çox sayda avtonəqiliyyat vasitələri bu gün qeyd etdiyimiz kimi həmin avotmobil  qəbristanlığının üzvlərinə çevriliblər. Badamdardakı maşın bazarında "yatıblar".

Təssüflər olsun ki, həmin bankların əksəriyyətinin bağlandığına görə, o bankların  ləğv ediciləri faktiki olaraq bu proseslə, yəni avtomobillərin realibaziyası ilə məşğul olmağa ən azından fiziki imkanları yoxdur. Nəticədə avtomobillər ildən ilə köhnəlir. Bu avtomobillərin faktiki sahiblərinə, eyni zamanda banklara ziyan dəyir. Öhdəliklərin həcmi artır, avtomobilin girov dəyəri bazar dəyərindən aşağı düşür və nəticədə çox ciddi problemlərə gətirib çıxardır. Halbuki həmin avtomobilləri müəyyən formada yenidən təkrar  bazara çıxarmaq mümkündür. Sadəcə o bankların əksəriyyəti bağlandığına görə ləğvedicilərinin indiki halda fiziki imkanları bu prosesi həyata keçirməyə imkan vermir. Ümumi mənzərə bundan ibarətdir.

Təbii ki, sual oluna bilər ki, yaxşı təklif nədən ibarətdir? Nəzərə alsaq ki, 2014-dən bu yana prosesdə faktiki olaraq girov kimi qəbul olunmuş və bu gün ortalıqda qalan avtomobillərin əksəriyyəti yeni, yəni ili təzə olan işlənməmiş avtomobilər olub. Çox az istismar olunub. Əksəriyyəti də faktiki olaraq istismara yararlı vəziyyətdədir.  

Nəzərdə alsaq ki, Azərbaycanda ucuz avtomobilə tələbat həmişə  olub və var onların realizasiyası üçün imkanlar genişdir. Sadəcə müəyyən təkliflər işlənib hazırlanmalı və eyni zamanda ləğvedicilər bu təkliflərlə  Mərkəzi  Bank və digər maliyyə qurumları qarşısında çıxış etməlidir. Təbii ki, bu prosesi həyata keçirən brokerlər və ya alqı-satqı agentlərinin ortaya çıxmasına ehtiyac var.

 
 
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti