Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə əlamətdar olan Qarabağ müharibəsindəki parlaq qələbəsi bu bölgədə dinc və məhsuldar həyat qurmaq üçün imkanlar açdı.

Sülhün möhkəmləndirilməsi şəraitində qaçqınların geri dönməsi mühüm yer tutur ki, bu da 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əsas müddəalarından biridir.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imza atdığı Bəyanatın 7-ci bəndində deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qayıdırlar”.

Beləliklə, bu sənəd beynəlxalq hüquqa tam uyğundur, dağlıq hissə də daxil olmaqla bütün Qarabağ sakinlərinin öz doğma torpaqlarına qayıtmaq hüququnu tanıyır.

Xüsüsən də bu hüquq Azərbaycan ordusunun 27 sentyabrda başlayan əks-hücum əməliyyatından sonra bu ərazini tərk etmiş ermənilərə, həm də 1990-cı illərin əvvəllərində erməni işğalçı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində doğma şəhər və kəndlərindən qovulmuş azərbaycanlılara aiddir.

Üçtərəfli sənədin imzalanmasından və Azərbaycanla Ermənistan arasında atəşkəsin qüvvəyə minməsindən sonra erməni qaçqınlar Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə və Qarabağın dağlıq hissəsindəki bir sıra yaşayış məntəqələrinə qayıtmağa başladılar.

Rusiya sülhməramlılarının verdiyi məlumata görə, 40 mindən çox erməni artıq Dağlıq Qarabağa qayıdıb, lakin istisna edilmir ki, qayıdan erməni əhalisini bəzi hissəsi bu ərazidə yaşamağa planlaşdırmır (sadəcə əşyalarını götürmək, mənzil satmaq, məişət xarakterli digər problemləri həll etmək məqsədi ilə müvəqqəti gəlib).

Bu arada vacibdir ki, azərbaycanlı məcburi köçkünlərin də Qarabağın dağlıq hissəsinə qayıtması məsələsi tezliklə həllini tapsın.

Bu prosesin qaçılmazlığı və qanuniliyi Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qevorqyanın timsalında təsdiqlənməsi də diqqət çəkir:

“Üçtərəfli bəyanatda qaçqınların qayıtmalı olduqları yerə qayıdacaqlarına dair bənd var. Onların sayına gəlincə, mən Azərbaycanda deyiləm və bu ölkəni təmsil etmirəm”.

Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz hesabatında bildirmişdir ki, 12 024 nəfər Azərbaycan vətəndaşı Xankəndidə anadan olub, lakin 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bu insanlar oranı tərk etmək məcburiyyətində qalıblar.  

Xankəndinin işğalı illərində bu şəhərdən olan azərbaycanlı qaçqınları və onların yeni doğulan övladlarını da nəzərə alsaq bu say xeyli artıb.

Beləliklə, ən azı 25-30 min azərbaycanlı məcburi köçkün Xankəndiyə qayıtmalıdır.

Müqayisə üçün qeyd edək ki, erməni tərəfinin məlumatlarına görə, 44 günlük müharibə başlamazdan əvvəl Xankəndidə təxminən 50 min insan yaşayırdı.

İstisna edilmir ki, bu rəqəm şişirdilib. Ancaq istənilən halda, döyüş əməliyyatları dövründə demək olar ki, bütün mülki əhalinin şəhəri tərk etməsi nəzərə alsaq, üçtərəfli bəyanat imzalandıqdan sonra Xankəndiyə qayıdan ermənilərin sayı 50 minə çata bilməz.

Bu arada, başqa bir amil var ki, o, Xankəndi və hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan digər yaşayış məntəqələrinin əhalisinin gələcək etnik tərkibinə mühüm təsir göstərəcək.

Yalnız Azərbaycan ərazisində doğulan və orada yaşamış ermənilər Qarabağın dağlıq hissəsinə qayıtmaq hüququna malikdirlər.

Eyni zamanda, onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyətinin tam hüquqlu bir hissəsinə çevrilmək, Azərbaycan xalqının mehriban, vahid ailəsinə daxil olmaq üçün Azərbaycan vətəndaşlığını qəbul etmələri qaçılmaz şərtdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qarabağda yaşayan ermənilərinin təhlükəsizlik hüququna tam təminat veriləcəyini bəyan edib.

Vətən müharibəsi zamanı Prezidentin verdiyi müsahibələrdən birində söylədiyi açıqlamanı xatırlamaq kifayətdir.

“Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşı olaraq təhlükəsizliklərinin təmin olunacağına əmin ola bilərlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar xuntanın ləğv edilməsindən sonra daha yaxşı yaşayacaqlar” deyə dövlət başçısı əminliklə bildirib.

Azərbaycanlılara gəlincə, yalnız məcburi qaçqınlar deyil, onların gələcək nəsillərinin də Dağlıq Qarabağda yerləşmə hüququ var.

Cünki Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir.

Məhz buna görə də heç kim bir bakılını, şamaxılını, gəncəlini, qubalını, ümumiyyətlə, Azərbaycan Respublikasının hər hansı bir bölgəsindən olan vətəndaşın öz dövlətinin ərazisindəki yaşayış yerini dəyişərək elə həmin Xankəndiyə köçməsinə qadağa qoya bilməz. Yaxud işğala qədər, ümumiyyətlə, istisnasız olaraq azərbaycanlıların məskunlaşdığı Xocalıya. Yeri gəlmişkən, Xocalıya qayıdış işğaldan azad edilmiş torpaqlara qayıtmağımızın əsas istiqamətlərindən biri olacaq. Bunu təkcə tarixi ədalətin bərpası deyil, həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilən soyqırımı qurbanları olan işgəncə verilmiş soydaşlarımızın müqəddəs xatirəsi tələb edir.

Beləliklə, nəinki erməni əhalisinin, eləcə də azərbaycanlı məcburi köçkünlərin Qarabağın dağlıq hissəsinə qayıtması, həmçinin, hər bir Azərbaycan vətəndaşının bu müqəddəs torpağın hər qarışında məskunlaşmaq arzusu ilə bağlı hüququnun təmin edilməsi Böyük Qələbə ilə şərtləndirilən Böyük Qayıdış prosesinin təməl daşlarından biridir.

Bu, doğma Qarabağın dirçəlişinin prioritetini təşkil edir.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti