“Zink Omeqa” balıq yağı qadağan olunmayıb, ekspertiza nəticəsində mənfi rəy alıb.

 

Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyi tərəfindən “Zink Omeqa” balıq yağının qadağan olunması xəbərinə münasibət bildirən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova deyib. O bildirib ki, mənfi rəy əhaliyə onun istifadə etməməsi üçün olan çağırışdır:

“Analitik Ekspertiza Mərkəzinin apardığı araşdırma onun istifadəsinin məqbul olmadığını göstərdi. Ekspertiza nəticəsində məlum oldu ki, sözügedən balıq yağı istifadə üçün lazım olan parametrlərə cavab vermir”.

E.Ələkbərova mənfi rəyin həmin məhsulun tərkibindəki dərmanın dozadan artıq və ya kefiyyətsiz olması səbəbindən verildiyini bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) siyahısında dəyişiklik edib. Yeni siyahıda 23 Bioloji Fəallığa Malik Qida Əlavəsinə mənfi rəy verilib və onların adları siyahıya əlavə edilib. Mənfi rəy alanlar arasında “Zink Omeqa” balıq yağı da var.

11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11 Aprel 2025 Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək
11 Aprel 2025 “28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
11 Aprel 2025 Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10 Aprel 2025 Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
10 Aprel 2025 Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
10 Aprel 2025 Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
10 Aprel 2025 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09 Aprel 2025 Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
09 Aprel 2025 Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
09 Aprel 2025 “28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
09 Aprel 2025 ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
08 Aprel 2025 DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
08 Aprel 2025 Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq
08 Aprel 2025 PensiyaIar bu tarixdə ödəniləcək

Xəbər lenti