![]() |
|
Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Allah Şəhidlərimizə rəhmət etsin!
Aprel döyüşləri zamanı şəhid olan hərbçilərimiz:
Rütbə | Adı, soyadı | Təvəllüdü | Dəfn tarixi | Dəfn olunduğu yer |
---|---|---|---|---|
Polkovnik | Vüqar Nurəddin oğlu Yusifov | 1976 | 6 aprel 2016 | Şəmkir rayonu, Şiştəpə kəndi |
Polkovnik-leytenant | Raquf Cahangir oğlu Orucov | 1972 | 5 aprel 2016 | Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı |
Murad Telman oğlu Mirzəyev | 1976 | 11 aprel 2016 | Bakı, II Fəxri Xiyaban | |
Mayor | Təbriz Tariyel oğlu Musazadə | 1981 | 11 aprel 2016 | Bakı, II Fəxri Xiyaban |
Urfan Üzeyir oğlu Vəlizadə | 1978 | 11 aprel 2016 | Bakı, II Fəxri Xiyaban | |
Rasim Əbdül oğlu Məmmədov | 1977 | 5 aprel 2016 | Naxçıvan şəhəri | |
Elnur Adil oğlu Əliyev | 1976 | 3 aprel 2016 | Füzuli rayonu | |
Samit Gülağa oğlu İmanov | 1981 | 9 aprel 2016 | Neftçala rayonu, Həsənabad qəsəbəsi, Şəhidlər Xiyabanı | |
Kapitan | İnqilab Çingiz oğlu Quliyev | 1983 | 5 aprel 2016 | Gəncə şəhəri, Şəhidlər xiyabanı |
Mühid Qurban oğlu Orucov | 1984 | 9 aprel 2016 | Qazax rayonu, Fərəhli kəndi | |
Vaqif Dilqəm oğlu Bayramov | 1979 | 11 aprel 2016 | Naftalan şəhəri | |
Nəcməddin Akif oğlu Savalanov | 1985 | 9 may 2016 | İmişli rayonu, Göbəktala kəndi | |
Baş Leytenant | Əbu Bəkir Vüqar oğlu İsmayılov | 1990 | 11 aprel 2016 | Bakı, II Fəxri Xiyaban |
Mirzə Sərvər oğlu Novruzov | 1984 | 5 aprel 2016 | Bakı, II Fəxri xiyaban | |
Rəşid Rövşən oğlu Mehdiyev | 1990 | 5 aprel 2016 | Salyan rayonu, Xələc kəndi | |
Ziya Niyazi oğlu Həsənov | 1989 | 6 aprel 2016 | Bərdə şəhəri, Şəhidlər Xiyabanı | |
Elvin Məmməd oğlu Namazov | 1990 | 9 aprel 2016 | Qazax rayonu, Yuxarı Salahlı kəndi | |
Cavid Gülbala oğlu Dədəkişiyev | 1989 | 11 aprel 2016 | İmişli rayonu, Qaralar kəndi | |
Elnur İsgəndər oğlu İsgəndərov | 1989 | 11 aprel 2016 | Şəki rayonu, Şəki şəhəri | |
Leytenant | Sahil Həsrət oğlu Şirinov | 1992 | 6 aprel 2016 | Qəbələ rayonu, Bum qəsəbəsi |
Qabil Əbdüləli oğlu Orucəliyev | 1991 | 02 aprel 2016 | Naxçıvan şəhəri | |
Gizir | Dilsuz Məmmədağa oğlu Qarayev | 1990 | 4 aprel 2016 | Ağcabədi rayonu, Hindarx qəsəbəsi |
Elimdar Səlimxan oğlu Səfərov | 1992 | 4 aprel 2016 | Neftçala rayonu, Aşağı Qaramanlı kəndi | |
Orxan Kazım oğlu Hümbətov | 1992 | 5 aprel 2016 | Şəki rayonu, Kiş kəndi | |
Orxan Ələsgər oğlu Müstəcəbov | 1993 | 5 aprel 2016 | Qobustan rayonu, Bədəlli kəndi | |
Məhəbbət Zaman oğlu Mirzəyev | 1994 | 12 aprel 2016 | Beyləqan rayonu, Dünyamalılar kəndi | |
Nurlan Rasim oğlu Abdullayev | 1994 | 5 aprel 2016 | Zərdab rayonu, Böyük Dəkkə kəndi | |
Ravil Elman oğlu Novruzov | 1986 | 4 aprel 2016 | Xızı rayonu, Giləzi qəsəbəsi | |
Rusif İbrahim oğlu Ağayev | 1987 | 7 aprel 2016 | Lənkəran rayonu, Hirkan qəsəbəsi | |
Teymur Sabir oğlu Qasımov | 1992 | 9 aprel 2016 | Mingəçevir, Şəhidlər Xiyabanı | |
Murad Vaqif oğlu Məmmədov | 1989 | 5 aprel 2016 | Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı | |
Bəxtiyar Rəfael oğlu Hüseynov | 1995 | 9 aprel 2016 | Goranboy rayonu, Qızılhacılı qəsəbəsi | |
Toğrul Habil oğlu Fərəczadə | 1993 | 9 aprel 2016 | Ağsu rayonu, Bico kəndi | |
Şahin Yaşar oğlu Cavadzadə | 1994 | 9 aprel 2016 | Beyləqan rayonu, Beyləqan şəhəri | |
Pəncəli Nurməmməd oğlu Teymurov | 1981 | 11 aprel 2016 | Astara rayonu, Azaru kəndi | |
Tural Gülşad oğlu Qurbanov | 1992 | 11 aprel 2016 | Kürdəmir rayonu, Sığırlı kəndi | |
Mirsalam Təvəkkül oğlu Cəfərov | 1994 | 11 aprel 2016 | Tovuz rayonu, Bayramlı kəndi | |
Seymur Qulamhüseyn oğlu Baxışov | 1987 | 20 aprel 2016 | Sumqayıt şəhəri, Sumqayıt Şəhidlər Xiyabanı | |
Kiçik gizir | Babək Vəfadar oğlu Abidov | 1992 | 9 aprel 2016 | Şabran rayonu, Zeyvə kəndi |
Çavuş | Təbriz Hamlet oğlu Əsgərov | 1993 | 6 aprel 2016 | Şəmkir rayonu, Morul kəndi |
Elvin Sədrəddin oğlu Qayıbov | 1989 | 5 aprel 2016 | Xaçmaz rayonu, Əbilyataq kəndi | |
MAXE hərbi qulluqçu | Ruhin Əşrəf oğlu Qəhrəmanov | 1997 | 3 aprel 2016 | Biləsuvar rayonu, 2 saylı məcburi köçkün qəsəbəsi |
Nurlan Bayram oğlu Əsgərov | 1995 | 5 aprel 2016 | Masallı rayonu, Kalinovka kəndi | |
Rahim Qara oğlu Tağıyev | 1979 | 11 iyul 2016 | Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı | |
Nicat Bəhruz oğlu İsgəndərov | 1989 | 3 aprel 2016 | Tərtər rayonu, Tərtər şəhəri | |
Səbuhi Rəfayıl oğlu Musayev | 1988 | 7 aprel 2016 | Bərdə rayonu, Mustafaağalı kəndi | |
Adil Kamran oğlu Adilzadə[94] | 1993 | 11 aprel 2016 | Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı | |
Rüstəm Oruc oğlu Əhmədov | 1983 | 14 aprel 2016 | Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı | |
Əsgər | Rəvan İsmayıl oğlu Nurayev | 1997 | 3 aprel 2016 | Zaqatala rayonu, Muxax kəndi |
Orxan Məhəmməd oğlu Əliyev | 1996 | 3 aprel 2016 | Qazax rayonu, Aslanbəyli kəndi | |
Sarvan Natiq oğlu Mehrəliyev | 1997 | 3 aprel 2016 | Ağdam rayonu, Üçoğlan kəndi. (Bəzi mənbə:Ballar) | |
Samir Ziyəddin oğlu Qaçayev | 1994 | 3 aprel 2016 | Şamaxı rayonu, Məlhəm kəndi | |
Fərahim Adışirin oğlu Novruzov | 1996 | 4 aprel 2016 | Biləsuvar rayonu, Səmədabad kəndi | |
Nürəddin Etimad oğlu Mirzəyev | 1996 | 4 aprel 2016 | Yardımlı rayonu, Honuba kəndi | |
Sərxan Azər oğlu Bağırov | 1997 | 4 aprel 2016 | Göygöl rayonu, Əlimədədli kəndi | |
Hüseyn Zeynal oğlu Dəmirli | 1993 | 5 aprel 2016 | Biləsuvar rayonu, Biləsuvar şəhəri | |
Ömər Məzahir oğlu Cəbrayılov | 1997 | 5 aprel 2016 | Ağdaş rayonu, Şəkili kəndi | |
Vüqar Natiq oğlu Süleymanov | 1993 | 5 aprel 2016 | Şəki rayonu, Böyük Dəhnə kəndi | |
Teymur Mikayıl oğlu Qasımov | 1996 | 5 aprel 2016 | Göyçay rayonu, Çaxırlı kəndi | |
Rizvan Telman oğlu Muradov | 1996 | 4 aprel 2016 | Sabirabad rayonu, Çiçəkli kəndi | |
Müşviq Arif oğlu Orucov | 1996 | 5 aprel 2016 | Bakı, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Dədə Qorqud” qəbristanlığı | |
Cabbarxan İlham oğlu Hacıağayev | 1996 | 5 aprel 2016 | Bakı, Binəqədi rayonu, Xocəsən qəsəbəsi | |
Nurlan Cəmil oğlu Qasımov | 1997 | 5 aprel 2016 | Şəmkir rayonu, Tatarlı kəndi | |
Xaliq Həsən oğlu Əzizzadə | 1996 | 6 aprel 2016 | Bakı, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi | |
Emin İmran oğlu Bağırov | 1996 | 6 aprel 2016 | Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi | |
Kamran Faiq oğlu Şirəliyev | 1994 | 6 aprel 2016 | Bakı, Suraxanı rayonu, Suraxanı qəsəbəsi | |
Əlizaman Fərrux oğlu İslamov | 1997 | 6 aprel 2016 | Lənkəran rayonu, Cil kəndi | |
Ülvin Cəmaləddin oğlu Məmmədov | 1996 | 7 aprel 2016 | Ağcabədi rayonu, Laçından olan məcburi köçkünlərin “Taxta körpü” qəsəbəsi | |
Şulan Bayram oğlu Bayramov | 1996 | 7 aprel 2016 | Sumqayıt şəhəri | |
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı | 1994 | 9 aprel 2016 | Bakı, Sabunçu rayonu, Pirşağı qəsəbəsi | |
Firdovsi Əliş oğlu Bağırzadə | 1996 | 9 aprel 2016 | Masallı rayonu, Güllütəpə kəndi | |
Mahir Sabir oğlu Mirzəyev | 1994 | 9 aprel 2016 | Abşeron rayonu, Mehdiabad qəsəbəsi | |
Röyal İmran oğlu Nəsirov | 1997 | 9 aprel 2016 | Cəlilabad rayonu, Məlikqasımlı kəndi | |
Altun Fərman oğlu Dəmirli | 1997 | 9 aprel 2016 | Şəmkir rayonu, Düyərli kəndi | |
Elşən Səlim oğlu Səmədov | 1997 | 9 aprel 2016 | Şamaxı rayonu, Göylər kəndi | |
Vüsal İlham oğlu Alıyev | 1996 | 9 aprel 2016 | Şəmkir rayonu, Kür qəsəbəsi | |
Mikayıl Yaqub oğlu Vahabzadə | 1993 | 9 aprel 2016 | İsmayıllı rayonu, Maçaxı kəndi | |
Mahir Qədir oğlu Quliyev | 1993 | 9 aprel 2016 | Bakı, III Fəxri Xiyaban | |
Nazim Nadir oğlu Zəkarayev | 1997 | 9 aprel 2016 | Şamaxı rayonu, Şamaxı şəhəri, Şəhidlər Xiyabanı | |
Yalçın Namiq oğlu Osmanov | 1997 | 9 aprel 2016 | Qusar rayonu, Qusar şəhəri | |
Elvin Azadxan oğlu Mirzəyev | 1994 | 9 aprel 2016 | Xaçmaz rayonu | |
Əmiraslan Xəlil oğlu Xeyirbəyov | 1996 | 9 aprel 2016 | Qusar rayonu, Caqarqışlaq kəndi | |
Elvin Azadxan oğlu Mirzəyev | 1994 | 9 aprel 2016 | Xaçmaz rayonu, Xaçmaz şəhəri | |
Əbdülməcid Nadirşah oğlu Axundov | 1993 | 9 aprel 2016 | Sumqayıt şəhəri | |
Mahmud Azər oğlu İbrahimov | 1997 | 9 aprel 2016 | Bakı, Mehdiabad qəsəbəsi | |
Sərxan Oqtay oğlu Bayramov | 1993 | 11 aprel 2016 | Zaqatala rayonu | |
Əmrah Aydın oğlu Yüzbəyov | 1997 | 4 may 2016 | Xaçmaz rayonu, Hacıməmmədoba kəndi | |
Əli İntiqam oğlu Heydərov | 1997 | 9 may 2016 | Abşeron rayonunu, Qobu qəsəbəsi | |
Natiq Namiq oğlu Tahirli | 1997 | 18 may 2016 | Lerik rayonu, Almu kəndi |