![]() |
|
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər Zaqatala Rayon Polis Şöbəsində araşdırılıb:
“Araşdırma nəticəsində həmin mikroavtobusu rayon sakini Hafiz Musayevin idarə etdiyi müəyyən edilib. Sürücü H.Musayev sərnişindaşıma və xüsusi karantin rejimi qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211.1-ci maddələri ilə protokol tərtib olunub”.
Qeyd edək ki, həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılmasına baxmayaraq, sürücü xüsusi karantin rejimi qaydalarını pozaraq, şənbə günü fəaliyyət göstərib. (Oxu.az)