İlkin qiymətləndirməyə (prekvalifikasiyaya) dəvət

(İlkin seçim mərhələsi (prekvalifikasiya) üçün müraciətlərin son təqdimat tarixinin uzadılması)

 

Ölkə-                   Azərbaycan Respublikası

Layihənin adı-             Regional Yollar və İnkişaf Layihəsi (hazırlıq mərhələsi)

Müqavilənin adı- M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin (mövcud yol oxu) yenidən qurulması

Sektor-                Nəqliyyat

Layihə №:          P174379

İlkin qiymətləndirmənin istinad №: AZ-SRA-CW-RFB-01

 

1.    Azərbaycan Hökuməti Regional Yollar və İnkişaf Layihəsinin maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) (Dünya Bankı) müraciət etmiş  və vəsaitin bir hissəsini Yenikənd və Biləsuvar arasındakı mövcud yolun bərpası üçün müqavilə üzrə ödənişlərə istifadə etmək niyyətindədir.

 

2.    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin (mövcud yol oxu) yenidən qurulması üçün podratçıları      ilkin qiymətləndirmək (prekvalifikasiya) niyyətindədir. Yol hissəsi M3 magistral avtomobil yolunun 32+140 kilometrindəki qovşaqdan başlayaraq Salyan şəhərinin kənarında Kür çayına çatmamış cənub-qərbə doğru gedir və yolun 103+320 kilometrində başa çatır. Salyandan başlayaraq yol qərbdən Biləsuvar şəhərinə getməzdən əvvəl Sarvan və Şorsulu kəndlərindən keçir. Yenidən qurulacaq yol hissəsinin ümumi uzunluğu 70.5 kilometrdir. Mövcud yol tamamən olmasa da, əsasən II kateqoriyalı yol ölçülərinin tələblərinə uyğundur. Mövcud  yol örtüyü  çoxsaylı qüsurlar olmaqla ümumilikdə yararsız vəziyyətdədir və beş ədəd çay-kanal keçidinin dəyişdirilməsinə də ehtiyac vardır. Geometrik xüsusiyyətləri yaxşılaşdırmaq və təhlükələri aradan qaldırmaq üçün məhdud düzəlişlər istisna olmaqla, yenidən qurulacaq  yol mövcud üfiqi yol oxu üzrə davam etdiriləcəkdir. Yeni yol geyiminə asfalt- beton səth, asfalt yapışdırıcı-bağlayıcı  lay, asfaltın əsas layı və dənəvər alt layı daxildir. Mövcud beş körpü tamamilə yeniləri ilə əvəz ediləcək və bir yeni körpü tikiləcəkdir.

      

Yolun bərpası üçün ehtimal edilən tikinti müddəti 24 ay və sonra isə qüsurların aradan qaldırılması müddəti 24 ay olacaqdır.Yol ,tikinti zamanı nəqliyyatın hərəkəti üçün açıq qalacaq və podratçı nəqliyyatın idarə olunmasına cavabdeh olacaqdır. Təxmini iş həcmləri aşağıdakılardır:

 

Torpaq işləri (dolğu)                                  1,270,000 m3

Torpaq işləri (qazma)                                 500,000 m3

Dənəvər tərkibli yol geyimi layları             920,000 m3

Bitum tərkibli yol geyimi layları                          180,000 m3

Körpünün hərəkət hissəsinin (tava) sahəsi 4,000 m2

Yığma dəmir-beton körpü tirləri                          2,800 m              

Qazma monolit svaylar                              2,300 m

Tenderə dəvətin 2021-ci ilin iyul ayında olacağı gözlənilir.

 

3.    İlkin qiymətləndirmə (prekvalifikasiya) Dünya Bankının "İLM Borcalanları üçün Satınalma Qaydaları”nda (2020-ci ilin noyabr ayında nəşr olunan) ("Satınalma Qaydaları”) müəyyən edilən  prosedurlara  müvafiq olaraq həyata keçiriləcək və Satınalma Qaydalarına əsasən iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır.

 

4.    Maraqlı olan iddiaçılar əlavə məlumatı aşağıda göstərilən ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iş saatlarında, saat 10.00-dan saat 17.00-a kimi (Bakı vaxtı ilə) əldə edə bilərlər. Maraqlı olan iddiaçılar ilkin qiymətləndirmə sənədinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə müraciət etməklə və geri qaytarılmayan 300 AZN və ya 170 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş aşağıdakı bank hesabına köçürülməlidir:

 

Təşkilatın  adı-       Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

VÖEN-                           9900013141

Bank-                     “Kapital Bank” ASC-nin Nəsimi filialı

SWIFT-                 AIIBAZ2X

M\h-    AZ37NABZ01350100000000001944

H\h-     AZ69AIIB38050019441801833111 AZN

                 AZ59AIIB38150018401801833111 ABŞ dolları

Bankın VÖENi- 9900003611

 

Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqda sənədlər aşağıdakı ünvandan əldə edilə  və ya iddiaçı tərəfindən təşkil olunan və xərci ödənilən kuryer vasitəsilə çatdırıla bilər. Sənədlərin itirilməsi və gecikməsinə görə AAYDA heç bir məsuliyyət daşımayacaqdır. İlkin qiymətləndirmə sənədinin elektron satışı həyata keçirilmir.   

 

5.    Tenderin ilkin seçim mərhələsi üçün müraciətlər 21 may 2021-ci il  yerli vaxtla saat 17.00-a kimi üzərində aydın qeydlər olunmaqla bağlı zərflərdə aşağıdakı ünvana təqdim edilməlidir. Gecikən müraciətlər açılmadan iddiaçılara geri qaytarılacaqdır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  idarə heyətinin sədri cənab Saleh Məmmədovun diqqətinə

Ünvan-Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi  R. İsmayılov küçəsi 2025-ci məhəllə.

Ofis-    2 saylı Layihə İdarəetmə Qrupu, otaq № 224

Telefon-        (+994 12) 499 79 02

Faks-            (+994 12) 499 79 44

Elektron ünvan-   mehman.babaxanov@azeravtoyol.gov.az 

Surəti-                  saadat.aliyeva@azeravtoyol.gov.az

Veb ünvan-           www.aayda.gov.az

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti