Standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartı üzrə uyğunluq sertifikatını alıb.

Cəmiyyət peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standartın tətbiqi məqsədilə 2020-ci ildə dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti ilə əməkdaşlığa başlayıb. 2020-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı SGS-nin təlimlərinə qatılaraq müstəqil audit sertifikatlarını alıb. Cəmiyyətin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti və digər struktur bölmələrində çalışan bu mütəxəssislər İSO 45001:2018 standartının tətbiqinə nəzarət edəcəklər.

SGS tərəfindən 12 fevral 2021-ci il tarixində keçirilmiş son auditin nəticəsi olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İSO 45001:2018 standartının tələblərinə uyğun fəaliyyət göstərmək üçün hazır olduğu və standart üzrə sertifikatın verilməsi təsdiq edilib.

Sağlam iş şəraitinin təmin edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, peşə xəstəlikləri və iş qəzalarının azaldılması, səmərəliliyin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti