![]() |
|
"Hazırda COVID-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir".
Yol-xeber.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Real TV"-yə açıqlamasında deyib.
O əlavə edib ki, sentyabr ayının ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq.