Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi COVID-19 vaksin və ya immunitet sertifikatının “CheckApp” mobil tətbiqi vasitəsilə çevik şəkildə yoxlanılması üçün tövsiyələr hazırlayıb.

Dövlət Agentliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarının 2.5-5.3-cü yarımbəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 vaksin və ya immunitet sertifikatı olduğu halda istifadə edə bilərlər.

Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanılması məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

Tətbiq üzərindən vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatı aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanılır:

1. Vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatının QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

Qeyd edək ki, COVID-19 vaksin və ya immunitet sertifikatının QR kod üsulu ilə yoxlanılması digərləri ilə müqayisədə ən çevik metod hesab olunur.

Vətəndaşlar qeyd olunan obyektlərə öz COVID-19 vaksin və ya immunitet sertifikatlarındakı QR kodu təqdim edərək daxil olmaqla zamanlarına qənaət edə bilərlər. Bu həm də qeyd olunan obyektlərdə növbələrin yaranmasının da qarşısını almış olur. Vətəndaşlardan COVID-19 vaksin və ya immunitet sertifikatının ən yeni versiyasını “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən yükləmələri xahiş olunur.

Həmçinin, “CheckApp” mobil tətbiqi vasitəsilə xarici vətəndaşların da COVID-19 pasportlarını yoxlamaq mümkündür. Yoxlamanı xarici vətəndaşın pasportu və doğum ili vasitəsilə həyata keçirmək mümkündür.

30 Noyabr 2024 Dekabrın ilk gününə olan hava proqnozu açıqlandı
29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı

Xəbər lenti