“Məcburuq ki, işçiləri azad edib fəaliyyətimizi dayandıraq”

I Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu, “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia edir.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən A. Əliyev qeyd edib ki, sözügedən yoxlamalar şirkətin iş fəaliyyətinə ciddi təsir edir: “Agentlik sahibkarlıq fəaliyyətimizi dayandırmağa cəhd edir. Artıq məcburuq ki, çalışdığımız MMC-də xeyli sayda çalışan işçiləri işdən azad edərək, sahibkarlıq fəaliyyətimizi dayandıraq. Qanunsuz yoxlamalar və bu qanunazidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə dəfələrlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətlər etmişik. Buna baxmayaraq, sözügedən Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraçı direktor olduğum “Azstone” MMC-yə qarşı təzyiqlər bu gün də davam edir.

Yoxlamaların səbəbini soruşduqda bizə deyilir ki, Agentlik yeni yaradılıb və bu, rəhbərliyin göstərişidir. Şirkətimizin dağ-mədən ayırması aktının müddəti bitib. Bu səbəbdən də işləməmişəm. Aktın müddəti üçün də Agentliyə müraciət etsək də, icazə vermirlər”.

“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürova müraciət edib. O bildirib ki, icazə sənədi olmadan yerin təkindən faydalı qazıntıları çıxardığına görə "Azstone" MMC-in fəaliyyəti qanunsuz hesab olunub: “Qeyd edim ki, “Azstone" MMC-yə verilmiş dağ-mədən ayırma aktının müddəti 6 may 2020-ci il tarixində bitib. Ona görə də barəsində inzibati protokol tərtib olunub, qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən cərimələnib”.

Agentliyin rəsmisi onu da bildirib ki, ümumiyyətlə, icazə sənədi olmadan yerin təkindən faydalı qazıntıların çıxarılması qanunsuz hasilat hesab olunur.

30 Noyabr 2024 Dekabrın ilk gününə olan hava proqnozu açıqlandı
29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı

Xəbər lenti