|
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.