Azərbaycanın 44 günlük müharibədə zəfər qazanmasından bir il ötür. Ordumuzun sentyabrın 27-də erməni işğalçılarına qarşı başlatdığı əks-hücum əməliyyatı şanlı qələbəmizlə sona çatdı.44 gün davam edən hərbi əməliyyatlar nəticəsində şanlı ordumuz işğalçı ermənistan ordusunu darmadağın edərək böyük qazandı.

Şuşanın işğaldan azad edilməsiylə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Vətən müharibəsində bütün dünya xalqımızın əzmini, ordumuzun döyüş qabiliyyətini gördü.

Bu müharibədə əsas güc əsgər və zabitlərimizin üzərinə düşdü. Həmin zabitlərdən biri də Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin kapitanı Nicat Bədəlovdur.

Ölkə.az xəbər verir ki, Vətən müharibəsi Qəhrəmanı Nicat Bədəlov özü haqqında bəzi məlumatları və müharibə ilə bağlı təəssüratlarını Trend-ə danışıb.

"Mən Bədəlov Nicat Mehman oğlu 12 dekabr 1989-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşam. Uşaqlıqdan hərbi sənətə marağım olub. On dörd ildir ki, hərbi xidmətdəyəm. Bunun on ili Xüsusi Təyinatlı Dəstə ilə bağlıdır. Hərbidə olduğum müddətdə arzum, istəyim torpaqları azad etmək, şəhidlərimizin qisasını almaq olub.

Nəhayət, 27 sentyabr həmin günün başlanğıcı oldu. İlk döyüşüm Murovdağ istiqamətində, daha sonra Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunması uğrunda olub. Bütün bu istiqamətlərdə gedən döyüşlərdə ön dəstədə vuruşmuşam. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişəm. Heç birimizin gözündə qorxu yox idi. Heç bir çətinlik bizi çəkindirmirdi. Bizim üçün ən sarsıdıcı anlar çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımızın şəhid olması idi. Şükür ki, onların qanı yerdı qalmadı.

Vətən Müharibəsi Qəhrəmanı adı almağımı Laçın meşələrində eşitdim. Və bu, doğrudan da, gözlənilməz oldu.

Biz qalib idik. İllərlə həsrətində olduğumuz arzumuza çatmışdıq. Bu 44 gündə xalqımız vətən uğrunda bir yumruq kimi birləşdi. Gənclərə sözüm budur ki, öz torpaqlarını ürəkdən sevsinlər, millətinə, dövlətinə, rəhbərinə sadiq olsunlar."

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti