|
Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədov tələbə adını qazanıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, o, Türkiyədə Atatürk Universitetinə qəbul olub.
E.Əhmədov “İşlətmə - biznes” ixtisası üzrə qiyabi təhsil alacaq.
Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra dövlət himayəsində böyüyüb.
O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.