|
Yol-xeber.az-ın məlumatına görə, Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş vermişdi. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdı.
Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunmuşdu.
YOLUNUZ AÇIQ OLSUN...
1