Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramıdır. Yol-xeber.az rəhbərliyi və kollektivi olaraq, başda Cəmiyyətin sədri Cavid Qurbanov olmaqla bütün dəmiryolçuları təbrik edir,onlara işlərində uğurlar arzulayırıq.

"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü"də artıq ənənəvi olaraq, dövlət rəhbərliyi dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.

Bu il Azərbaycanda dəmir yollarının yaranmasının 141 ili tamam olur. İlk dəmir yolu xəttinin çəkilməsi XIX əsrin 70-ci illərində neftin daşınması və neft sənayesinin sürətli inkişafı ilə əlaqədar meydana gəlmişdi. Bu da onu göstərir ki, dəmir yolu yarandığı gündən iqtisadiyyatın vacib sahələrindən biri kimi onun inkişafına təkan verib. Azərbaycanda dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ötən əsrin 60-cı illərinin sonunda müşahidə olunub. Həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin dəmir yolu qovşağının genişləndirilməsi və dəyişməsi istiqamətində əsaslı layihələr icra olunub.

Dəmir yolu nəqliyyatının beynəlxalq standartlara uyğun inkişafı, bu sahədə islahatlar və yenidənqurma işlərinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Ölkəmizdə və beynəlxalq məkanda dəmiryolu nəqliyyatı sahəsində xidmətlərə tələbatın yüksək səviyyədə təmin olunması, Respublikamızın Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi, regionda əməkdaşlığın, ticarət dövriyyəsinin və rəqabət qabiliyyətliliyinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin yüksək səviyyədə həyata keçirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir. Bu gün ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan dəmiryolçuları qarşıya qoyulan vəzifələrin icrasına yorulmaz əmək sərf edirlər. Son illər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturu qabaqcıl informasiya-kommunikasiya texnologiyaları əsasında müasirləşdirilib, maddi-texniki bazası daha da möhkəmləndirilib, Cəmiyyətin işçilərinin sosial rifahı xeyli yaxşılaşdırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün heyəti Ali Baş Komandanın ətrafında sıx birləşərək hər bir tapşırıqların icrasına hər an hazırdır.

 

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti