15 günə 1.3 milyonluq cərimə yazılıb

16-30 iyun 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 57 iş üzrə 53000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1276078,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 169 iş üzrə 29257,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına  13, məhkəmələrə 8 iş göndərilib.

11 Aprel 2025 Quru sərhədin açılması təxirə salınıb? - Mayın 1-i xəbəri...
11 Aprel 2025 Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara bu qaydada həbs cəzası ləğv edilir
11 Aprel 2025 Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyən şəxslərin dairəsi genişləndirilir
11 Aprel 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
11 Aprel 2025 Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
11 Aprel 2025 Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11 Aprel 2025 Metroda təmir gedəndə ekspress avtobuslar işləyəcək
11 Aprel 2025 “28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
11 Aprel 2025 Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10 Aprel 2025 Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR
10 Aprel 2025 Bakıda sürücü iki DYP maşınını əzdi, bir polis xəsarət aldı - TƏFƏRRÜAT
10 Aprel 2025 Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
10 Aprel 2025 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR - VİDEO
09 Aprel 2025 Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
09 Aprel 2025 Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
09 Aprel 2025 “28 May” stansiyası nə vaxtdan bağlanır? - Açıqlama
09 Aprel 2025 ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
08 Aprel 2025 DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
08 Aprel 2025 Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq
08 Aprel 2025 PensiyaIar bu tarixdə ödəniləcək

Xəbər lenti