Astara rayonunun Miki kəndində övladını məktəbə aparıb-gətirmək üçün hər gün ayaqyalın çaya girən kənd sakini Fuad Salayevin bu problemi həll olunub.

Qafqazinfo xəbər verir ki, artıq həmin çayın üzərində körpü çəkilib.

Bu, Azərbaycan Ordusunun mühəndis istehkamçılarının dəstəyi ilə baş verib. Belə ki, çayın üzərində körpü funksiyasını yerinə yetirən həm şəxsi heyət, həm də texnikanın hərəkəti üçün nəzərdə tutulmuş keçid quraşdırılıb.

Qeyd edək ki, buna qədər qızını çiynində məktəbə aparıb-gətirməli olan Fuad Salayevin özü də Miki kənd orta məktəbində texnologiya müəllimi işləyir. O, bu problemlə 2006-cı ildən çayın kənarındakı evə köçdüyü gündən üzləşib.

Kənd müəllimi bir neçə gün öncə bildirmişdi ki, dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə qəbula getsəm də, karantin dövrü olduğunu əsas gətirərək icra başçısı ilə görüşə şərait yaradılmayıb. İcra Hakimiyyəti problemi bələdiyyənin üstünə atıb. Bələdiyyədən də büdcədə pul olmadığını bildiriblər.

“Mənim özümün burada körpü tikməyə imkanım yoxdur. Çayın aşağı keçidində ancaq mənim evim var, yuxarı keçiddə isə eyni vəziyyətdə olan 7 ailə var”, – deyə F.Salayev bildirmişdi.

Problemlə bağlı Miki kəndinin də daxil olduğu Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə həmin çay üzərində körpünün inşası üçün təxminən 1000 manata yaxın vəsait lazım olduğunu bildirmişdi.

“Bələdiyyənin isə büdcəsində bu tikinti ilə bağlı vəsait yoxdur”, – R.Dədəyev bildirmişdi.

 

 

 

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti