Yol-xeber.az-ın məlumatına görə, Salyan Tarix Diyarşünaslıq Muzeyində “8 noyabr-Zəfər Gününə” həsr olunmuş “Açıq Qapı” günü keçirildi. II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən Şəhidlərimizin əşyalarından ibarət sərginin açılışında Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etdilər.Sərgi noyabr ayının 8-nə kimi davam etdiriləcək!