"Yol-xeber.az"un xəbərinə görə, 01 mart 2022-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kəndində Biləsuvar Regional Mədəniyyətİdarəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etdilər.Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin “Nənələr” və Rəfti"xalq folklor kollektivi, Masallı Regional Mədəniyyət İdarəsinin “Halay” rəqs qrupu, Salyan rayon Mədəniyyət Mərkəzinin “Cəngi” qrupu və Biləsuvar rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin hazırladıqları geniş konsert proqramı təqdim olundu, kənd sakinləri və gənclər arasında Novruz bayramı ənənələrinə uyğun olaraq bir çox maraqlı oyunlar keçirildi, müxtəlif bayram təamları hazırlandı, peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət sərgi təşkil olundu.Tədbirdə iştirak edən şəhid ailələri və qazilər çıxış edərək bütün biləsuvarlıları təbrik etdi, elimizə, obamıza əmin-amanlıq, sülh və firavalıq arzuladılar.