|
Baş Prokurorluqda kadr islahatı olub.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.
K.Əliyevin digər əmri ilə Asim Yusifov Baş prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti Orqanlarının İstintaq, Tədqiqat Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini təyin edilib.
O, bundan əvvəl Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.