Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir” 

MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

Milli Məclisinin deputatı, professor Eldar Quliyevin müsahibəsi

AİA.Az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

Eldar müəllim, bu gün istər ölkəmizdə, istərsə də beynəlxalq səviyyədə çox müzakirə olunan aktual məsələlərdən biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu ilə bağlıdır. Düşnürəm ki, bu barədə də Sizin fikirlərinizi bilmək oxucularımız üçün maraqlı olardı


Bu məsələ ilə bağlı danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması xüsusilə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən sonra yeni dinamika aldı. Bilirsiniz ki, dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biri hesab olunur. Layihə dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. 2020-ci ilin dekabr ayımın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdi. Ölkəmiz artıq uzun illərdir ki, beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı kimi qəbul edilir. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb və aradan keçən uzun illər ərzində təchizatda heç bir fasilə olmayıb. Bu, əlbəttə ki, ölkəmizin bir tərəfdaş olaraq yüksək etibarlılığının göstəricisidir. Avropa ölkələrində qaza ehtiyacın getdikcə artması isə yeni bazarlar yaradır və bu tələbatın ödənilməsi üçün ölkəmizin zəngin resurslara sahib olması Azərbaycanın bundan sonra Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağını deməyə əsas verir. Bu gün qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara görə, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər getdikcə artır. Buna görə Azərbaycan da hasilatı artırmalıdır və bizim bunun üçün tələb olunan potensialımız var. Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Əlbəttə ki, bu ənənə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. O cümlədən qurumun VIII toplantısı da fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirildi. Həmin toplantıda etdiyi çıxışında Prezident İlham Əliyevi qeyd etdi ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Hazırda bu ehtiyatın ən böyük hissəi - bir trilyon kubmetr yalnız “Şahdəniz” yatağına aiddir. Lakin yeni yataqların kəşfi davam edir və yeni texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatlarının daha da çox olacağını demək olar. Həmçinin gözlənilir ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatsa da, tərəfdaş ölkələrin işi hələ uzun müddət davam edəcək.

Amma bu gün Azərbaycanın özünün də enerji resurslarına olan tələbatı getdikcə artır. Fikrinizcə bu artan tələbat ölkəmizin məsələn, qaz ixracatçısı kimi imkanlarını müəyyən qədər məhdudlaşdıra bilərmi?

Tamamilə düz qeyd etdiniz ki, bu gün ölkəmizdə istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Həm də bu artıma səbəb olan amillər olduqca müsbətdir. Bu amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olmasıdır. Yəni əhalinin sayı getdikcə artır və bu da enerji tələbatını artırır. Həmçinin sənayenin inkişafı enerji tələbatının artmasını şərtləndirir. Dövlət başçımızn da qeyd etdiyi kimi, ötən il Azərbaycanda məhz qeyri-enerji sektorunda rekord göstərici, 20 faiz artım qeydə alınıb. Əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bu ərazi 10 min kvadrat kilometrdən çox sahəni əhatə edir və cari ildən etibarən keçmiş qaçqınların öz doğma torpaqlarına qayıdışına başlanması ilə əlaqədar əlavə qaza ehtiyac bir qədər də artacaq. Bütün bunlar əlbəttə ki, bərpaolunan enerji növlərinin istehsalı məsələsini daha da aktual edir. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox qaza qənaət etməyə imkan verəcək. Buna görə də bu məqsədlər böyük həcmdə vəsait yatırılır, yeni elektrik stansiyaları tikilir. O cümlədən bir müddət əvvəl enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir və bu tədbirdə Ölkə Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir.

Məlumdur ki, ölkənin elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Bununla belə Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var...

Əlbəttə, bu gün Azərbaycandan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edilir və buna olan tələbat da getdikcə artır. Bu da bərpa olunan enerji növlərinin istehsalına marağı artıran bir amildir. Bu baxımdan ölkənin Energetika Nazirliyinin aparıcı beynəlxalq şirkətlərlə birlikdə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün hazırladıqları konseptual proqnoz xüsusi önəm kəsab edir. Artıq həmin ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin olaraq külək enerjisində potensial təxminən 7200 meqavat, günəş enerjisində potensial isə 2000 meqavatdan çox müəyyən edilib. Həmçinin Xəzər dənizinin xüsusi proqram üzrə qiymətləndirilməyə görə texniki potensialı 150 min meqavatdan çoxdur və artıq Azərbaycan bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər də alıb. Beləliklə, bütün bu tədbirlər bir daha onu göstərir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində öz rolunu getdikcə daha da artıracaq və bu tendensiya ölkəmizin beynəlxalq mövqeylərinin daha da güclənməsinə xidmət edəcək.

ardı var...
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti