Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bir müddət əvvəl güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay ərzində DEMO versiya aktiv olub.

Sonuncu onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.

Əvvəlkilərdən fərqli olaraq satışın hətta 5 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.

Bəzi iddialara görə, xüsusi adamlar var ki, onlar evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq, evləri istənilən adam üçün "tuta" bilir. Onlar "mənzil hakerləri" də adlandırılır.

Məlumata görə, "mənzil hakerləri"ni çox vaxt maklerlər tutur ki, evləri alıb bahasına satsınlar. Beləliklə sadə, imkansız vətəndaşlar sosial mənzil satışından kənar saxlanılırlar.

Hazırda insanlar satışların ləğv edilməsini istəyirlər.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Rüfət Quliyev bildirib ki, ona da məsələ ilə bağlı çoxsaylı müraciətlət daxil olur.

O, MİDA rəsmilərinin məsələyə mütləq şəkildə aydınlıq gətirməli olduqlarını vurğulayıb.

 

 

“Mən hesab edirəm ki, jurnalistlər MİDA-nın rəhbərliyinə rəsmi müraciət etməlidir. Xahiş edilsin ki, o evlər kimə satılıbsa, o adamların adı, soyadı və tuduğu sosial status barədə, yəni alan müəllimdirmi, həkimdirmi, fəhlədirmi bu barədə məlumat verilsin. Hansı imtiyazlar var ki, bu adamlar o evləri alır? O məlumatlar toplandıqdan sonra üzərində işləmək lazımdır”.

Deputatın sözlərinə görə, bəlkə də həmin insanlar sosial evləri ehtiyacdan, haqlı olaraq qanuni alıblar:

“İndi nə demək olar satılıb, satılıb da. Bir fakt əldə yoxdur ki, düz satılmayıb. Hazırda əsaslı bir fakt yoxdur ki, satışları şübhə altına qoysun. Bunun üçün mütləq MİDA rəsmisinə müraciət olunmalıdır.  İstənilən məsələni araşdırmaq üçün bu formada başlamaq lazımdır. Yoxsa danış, tənqid et ki, 5 saniyəyə satılıb, bəlkə 5 dəqiqəyə satılıb. Kim bilir. Ona görə də, dediyim formada məsələyə yanaşma, ən məntiqli yanaşma olacaq. Hər şey aydınlaşdıqdan sonra, satışların ləğv edilib-edilməmə məsələsinə baxıla bilər”.

28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti