Azərbaycanda sahibkarlar üçün yeni güzəştlər nəzərdə tutulub.
Antiinfilyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi hazırlanır.
Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, güzəştlər minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.
İsmayıl Hüseynov qeyd edib ki, yeni qərar bazarda qiymət artımının qarşısını almaq məqsədi ilə verilib.
Qeyd edək ki, nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.
Azərbaycanda sahibkarlar üçün yeni güzəştlər nəzərdə tutulub.
Ölkə.az xəbər verir ki, antiinfilyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi hazırlanır.