"Digər aylarda olduğu kimi Ramazan ayında da nizamlı qidalanmaq olduqca vacibdir. Belə ki, Ramazanda orqanizmimiz 16-18 saat aclıq müddəti yaşayır və bir çox insanlarda fiziki aktivlik azalmış olur. Ona görə də imsak və iftarda istifadə olunan qidalar və içkilər orqanizmin günlük enerji ehtiyacını qarşılamalıdır".

Bu sözləri Ölkə.Az-a açıqlamasında diyetoloq Vüsalə Tağıyeva deyib. O bildirib ki, uzun müddət aclıq zamanı qan şəkərində enmə, halsızlıq, baş ağrısı kimi əlamətlər ola bilir:

Susuzluq yaratmayacaq qidalar qəbul edin

"Belə ki, imsakda həcmi kiçik olan və iftara qədər tox saxlayan çox susuzluq hiss etdirməyəcək qidalar seçilməlidir. Məsələn, yumurta, süd və ya az duzlu pendirlər, yulaf, tam buğdadan hazırlanmış çörəklər, tərkibində proteini yüksək olan qidalar seçilməlidir.

Çünki onlar orqanizmi uzun müddət tox saxlayır. Eyni zamanda fındıq, qoz, badam kimi yağlı toxumlar da çiy halda istifadə oluna bilər. Bu qidalar həm proteinlə, həm də yağla zəngindir və uzun müddət də tox saxlama qabiliyyəti var. Eyni zamanda mədədə kiçik bir hissəni tutduğu üçün həzmi də daha rahat olur. Ümumiyyətlə, imsak zamanı çalışmaq lazımdır ki, həddən artıq yemək yeyilməsin. İnsanlar 16-18 saat ac qalacaqları üçün səhvən düşünürlər ki, imsakda çox yemək yemək lazımdır".

303563

Mədə-bağırsaq problemlərindən qorunmağın yolu

Diyetoloqun sözlərinə görə, orqanizmdə yaranacaq problemlərin qarşısını almaq üçün bəzi məsələlərə diqqət yetirmək lazımdır:

"İftarda da həddən artıq qida qəbul etdikdə bu, həzmsizlik, mədədə yanma, turuşuluq kimi problemlərlə nəticələnir. İftarda birdən-birə yeməyə başlamamaq lazımdır. Qidaları çoxlu çeynəmək çox vacibdir. Çünki birdən birə çoxlu qida çeynənilmədən mədə bağırsaq sisteminə düşdükdə bu, qan şəkərinin anidən yüksəlməsinə və həzmsizliyə yol aça bilər". 

Tərlədəcək fiziki aktivlikdən uzaq durun

V.Tağıyevanın Ramazan ayında fiziki aktivliyi davam etdirməyin əhəmiyyətinə də diqqət çəkib:

"Lakin bu, ağır fiziki aktivlik olmamalıdır. Yəni ki, çox suya olan ehtiyacınızı artıracaq, həddən artıq tərlədəcək fiziki aktivlik seçilməməlidir. Metobolizmanı da sürətləndirmək üçün yüngül tempolu yürüyüşlər məsləhətlidir".

303564

Enerjisi yüksək olan və lifli qidalara üstünlük verin

Mütəxəssis iftarda hansı qidalara üstünlük verilməsi ilə bağlıs suallara da aydınlıq gətirib:

"Orucun xurma kimi tərkibində lifi yüksək olan qida və su ilə açılması qan şəkərini nizamlamağa kömək edə bilər. İftar çox duzlu olmyan zeytunla da açıla bilər. Oruc açıldıqdan sonra 15-20 dəqiqə fasilə vermək olar. Şorbalarla iftara başlamaq daha məsləhətlidir. Çalışmaq lazımdır ki, iftarda salat, qatıq və ya ayran mütləq şəkildə masada olsun. Qəbizlik riskini azaltmaq, eyni zamanda qan şəkərinin anidən yüksəlməsinin qarşısını almaq üçün tam taxıllı çörəklər, bulqur, qarabaşaq kimi tərkibində lifi yüksək olan qidalar da süfrədə yer almalıdır. Qızartamalara və un məmulatlarına,o cümlədən şirniyyatlara daha az yer vermək lazımdır. Onların yerinə südlü şirniyyatlar, meyvə və ya meyvəli şirniyyatlar seçilməlidir". 

303562

Bişirmə texnikası da önəmlidir. 

"Belə ki qızartmalar və ya qovurma yerinə daha çox soyutma, buğlama və ya sobada bişmiş yeməklərlə qidalanmaq daha məqsədəuyğundur", - V.Tağıyeva əlavə edib.

28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti