AAYDA: Baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması texnoloji  ardıcıllığla icra edilir - VİDEO

"Yol-xeber.az"un xəbərinə görə, Küçə və prospektlərdə təmir və yenidənqurma işləri həyata keçirilərkən yolun hərəkət hissəsində yerləşən kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi bəzən birmənalı qarşılanmır. Bəzi şəxslər məlumatsızlıqdan yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənəndən sonra icra olunan bu iş prosesinin "yaddan çıxmış və sonradan xatırlanaraq edilən iş" olduğunu düşünürlər.

Əslində isə bu proses texnoloji ardıcıllığa riayət olunmaqla icra edilir və hər-hansı bir səhvdən söhbət getmir.

 

Belə ki, təmir və yenidənqurma işləri zamanı öncə yolun hərəkət hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı (aşınma qatı) frezlənərək kənara daşınır, kommunikasiya xətlərinin baxış qapaqlarının ətrafı köhnə asfalt-betondan təmizlənir. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılır. Bu zaman köhnə baxış qapaqlarının üzəri də asfaltlanır və sonradan yerini müəyyənləşdirmək üçün asfalt-beton örtük boya ilə nişanlanır

Yeni döşənmiş asfalt-beton örtük möhkəmləndikdən sonra baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesinə başlanılır. Ərazidə hərəkət intensivliyi, həmçinin işi icra edən təmir briqadasının iş qrafiki nəzərə alınmaqla işin icrasına yeni asfalt-beton örtük döşənəndən bir-neçə saat və ya bir-neçə gündən sonra başlanıla bilər.

Bu zaman öncədən yeri nişanlanan baxış qapaqlarının ətrafı kvadrat şəklində xüsusi alətlə səliqə ilə kəsilir və asfalt örtük çıxarılır. Daha sonra kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılır, baxış qapaqları yerinə qoyulur və kənarları betonlanır.

Beton tam quruduqdan sonra isə qazılan ərazi yenidən baxış qapağı ilə eyni səviyyədə olmaq şərti ilə asfaltlanır.

Bununla da kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması prosesi bitir.

YOLUNUZ AÇIQ OLSUN...

28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”

Xəbər lenti