|
"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın. Bunlar gündəmdədir".
"Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "ARB24"-də yayımlanan “Peşəkar Mübahisə” verilişində deyib.
Birdən-birə birləşdirib 15-17 rayon yaratmaq olmaz. Mərhələli şəkildə bunları azaldıb uyğun şəkildə sistemləşdirmək lazımdır.
Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".