|
Mərkəzi Seçki Komissiyasında (MSK) "Dövlət qulluğu haqqında" qanunun tələbləri pozulub.
Bu barədə Hesablama Palatası Mərkəzi Seçki Komissiyasının 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələrində qeyd olunub.
Aparılmış Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbiri nəticəsində müəyyən edilib ki, dövlət qulluğuna qəbul üzrə imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.