"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli şəhərinə səfəri çərçivəsində avqustun 25-də Çameli Kaymakamlığına gələrək Kaymakam Kərəm Yenigün ilə görüşüb. Görüşdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov da iştirak edib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və nümayəndə heyəti Çameli Kaymakamı Kərəm Yenigün ilə görüşdükdən sonra Atatürk orta məktəbini ziyarət ediblər.