|
“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq, 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”.
Report xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib:
“Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqlarında əlavələr olacaq”.