|
"Bakı Metropoliteni" QSC Azərbaycanda yeni tədris mövsümünün başlaması münasibəti ilə qatarların hərəkət qrafikini dəyişir.
Qatarlar arasındakı interval sərnişin sıxlığına görə müəyyən olunacaq.
Belə ki, səhər və axşam pik saatlarda interval 2 dəqiqə, günün digər saatlarında isə əsasən 2,5 dəqiqə olacaq. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırılacaq.