“Azərbaycan Dəmir Yolları” QSC-də məlumat və təlim sessiyası keçirilib

"Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də Transformasiya Proqramının icrası üzrə Koordinasiya Ofisinin komandası ilə məlumat və təlim sessiyası keçirilib.

Sessiyada ilk çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə və iqtisadiyyat İdarəsinin Texniki və iqtisadi göstəricilərin normallaşması şöbəsinin rəisi Nigar Qafarlı yeni Əməliyyatların idarəetmə sisteminin üstünlükləri və əlavə kapital сəlb edilmədən əldə edilən nəticələr, tranzit rejimi üzrə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan işlərlə bağlı ətraflı məlumat təqdim etdi. Çıxış zamanı qeyd edildi ki, tranzit həcmini artırmaq üçün əsas dəhlizlər üzrə tranzit tələbatı həcmi müəyyən edilmiş və modelləşdirmə üsulu ilə qiymətləndirmələr aparılmışdır. Buna əlavə olaraq əsas tranzit dəhlizləri üzrə maksimal ötürmə qabiliyyəti haqqında məlumatlar toplanaraq marşrutlar üzrə mövcud maneələrə baxılmışdır. Narazı yükgöndərənlərlə görüşlər keçirilmişdir.

Nigar Qafarlı bildirdi ki, hazırda Gürcüstan Dəmir Yolu ilə, xüsusilə də Poti, Batumi və Axalkalaki stansiyaları, terminallar, həmçinin Əməliyyatların idarəetmə sistemləri (ƏİS) və Orta müddətli Planlanma bloku ilə aktiv şəkildə kommunikasiya aparılır. Batumi istiqamətindəki platformaların Gürcüstan ərazisində yubanması aradan qaldırılmışdır.

Eyni zamanda Qazaxıstan Dəmir Yolunun da bu işə cəlb edilməsi və düzgün kommunikasiyanın qurulması üçün danışıqlar aparılır.

Strateji və korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov sözügedən məsələ ilə bağlı qeyd etdi ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanmış, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılmışdır. Bundan əlavə konteynerli və konteynersiz yüklər üçün tranzit məhsulunun inkişafına dair tələblər işlənib hazırlanaraq model formalaşdırılmışdır. Azad Hüseynov daha sonra pilot layihə, onun rolu, əhəmiyyəti və gözlənilən nəticələr barədə məlumatları iştirakçılara çatdırdı.

 Daha sonra tədbirdə Cəmiyyətin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev təlim iştirakçılarına konteyner blok qatarlarının daha səmərəli hərəkəti məqsədilə həyata keçirilən pilot layihənin ilkin nəticələri ilə bağlı məlumat verdi. Belə ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkəti ilə bağlı gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapmışdır. Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57% azalmışdır.    

İlqar Mustafayev bildirdi ki, yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25% azalaraq 3 günə çatmışdır. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir.

Konsultant Dmitri Mokriy da həmçinin təlim iştirakçılarına pilot layihə barədə ətraflı məlumat verdi. Sonda isə əməkdaşların sualları və layihə ilə bağlı təklifləri öyrənildi.

27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR

Xəbər lenti