"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin kollektivi ilə görüş keçirib. İdarə rəisi görüşdə məktəbin xanəndəlik ixtisası üzrə 2-ci sinif şagirdi Cahad Qasımlıya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Fərmanı"nı təqdim edib.