"Yol-xeber.az" xəbər verir ki, Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon rəsmiləri və ictimaiyyət iştirak edib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlardan sonra geniş konsert proqramına başlanılıb. Konsertdə Biləsuvar, Salyan və Neftçala rayonlarının incəsənət ustaları musiqi nömrələri, rəqs qrupları isə şux rəqslərlə tamaşaçıların zövqünü oxşayıb. Konsert proqramı axşam saatlarınadək davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub və xatirə şəkilləri çəkdirilib.