ff

 
"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər Günü” böyük coşquyla qeyd olunub.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti və qonaqlar iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk olaraq rayonda yerləşən mədəniyyət müəssisələrinin təşkil etdiyi sərgiyə baxış olub. Sonra xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində yaradılan xor kollektivinin, Salyan rayon Mədəniyyət Mərkəzinin "Cəngi" Milli Nəfəsli Folklor Xalq Kollektivinin, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin "Şəhriyar" folklor rəqs qrupunun, həmçinin hər üç rayonun incəsənət ustalarının ifası anşlaqla qarşılanıb.

ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti