"Yol-xeber.az" xəbər verir ki, Uzun zaman Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmış, həmçinin Salyan Dövlət Kukla Teatrının yaradıcılarından biri olan Əlizadə Abı oğlu Əliyev son mənzilə yola salınıb. Salyan Dövlət Kukla Teatrında keçirilən vida mərasimində Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, rayonda yerləşən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, mərhumun ailə üzvləri, yaxınları, həmçinin ziyalılar və rayon ictimaiyyəti iştirak edib. Çıxış edən natiqlər Əlizadə Əliyevin Azərbaycan mədəniyyəti və incəsənəti, xüsusilə teatr sahəsinə verdiyi töhfələrdən söhbət açıblar. Sonra Əlizadə Əliyevin cənazəsi alqışlarla son mənzilə yola salınıb.