Yanvarın 1-dən malların gömrükdən buraxılışı daha da sürətləndirilir. Ona görə də artıq əvvəlki kimi ölkəyə gətirilən və ölkədən çıxarılan mallar günlərlə gömrükdə saxlanmayacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən komitə iclasında müzakirə edilən "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə gömrük orqanına daxil olan müraciətə maksimum bir gün müddətində baxılmasının təmin olunması təklif olunur.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, təklif edilən məsələlər sahibkarların idxal və ixrac xərclərinin, eləcədə idxal və vaxt itkisinin sayını azaldacaq.
Digər bir təklif isə malların çıxarılması üçün gömrük prosedurları zamanı sənədlərin tam elektronlaşdırılmasıdır. Təklifə əsasən, əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.