Kamaləddin Qafarov: “Qarabağda  müxtəlif yarışların keçirilməsinin   rəmzi mənası var”“ Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olunub. Bu inkişaf ölkəmizin aparıcı sahələrindən olan idmanda da öz əksini tapıb. Ölkəmizin idmançılarının beynəlxalq yarış və turnirlərdə əldə etdikləri qələbələr, eləcə də Azərbaycanda keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri olduğunu təsdiqləyir. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan idman və gənclər siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir. 2023-cü il yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən möhtərəm dövlət başçımız da öz çıxışında qeyd etmişdir ki, idmançılarımız 2022-ci ildə beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar və onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə ki, bu, çox böyük nailiyyətdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat gənc idmançıların yetişdirilməsinin Azərbaycanda həyata keçirilən idman siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, məhz bu siyasət ölkəmizdə idmanın inkişafına dinamik xarakter verir: “Maraqlı məqam ondan ibarətdir ki, 5 il əvvəl Bakıda keçirilən yarışlarda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Bu da onu göstərir ki, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Yəni, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi yeni nəsli təmsil edən gənc idmançılara ötürülür. Rayon və bölgələrdə keçirilən çoxsaylı idman tədbirləri gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır.”

K.Qafarov Azərbaycanda idmanın ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu qeyd edərək deyib: “Bu gün ölkəmizdə hər kəsin idmanla məşğul olması üçün bütün imkanlar var. İndiyədək rayon və bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses hal-hazırda yüksək dinamika ilə davam etdirilir. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, bunun çox böyük tarixi əhəmiyyəti və siyasi önəmi vardır. Çünki azad edilmiş ərazilər indi canlanır, həmin torpaqlara həyat qayıdır. Azərbaycanın tarixi Zəfərindən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Dövlət başçısı bu idman hadisələrini yüksək qiymətləndirdiyini vurğulayıb və bildirib ki, bu tendensiya bu il də davam etdirilməlidir. Azərbaycanın idman ölkəsi olaraq dünyada nüfuzunun daha da artması baxımından ölkəmizdə keçirilən beynəlxalq yarışların önəmi xüsusilə böyükdür. Azərbaycanda həm dünya, həm Avropa çempionatları keçiriləcək. Məlumdur ki, hazırda dünyanın idman ictimaiyyəti növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Dövlətimizin başçısınn qeyd etdiyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə də bizim bütün idman ictimaiyyətimiz əsas istiqaməti bunda görməlidir ki, Azərbaycan növbəti Yay Olimpiya Oyunlarında da öz gücünü bir daha təsdiqləsin.”
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video

Xəbər lenti